Q-pop ( — qazax pop) — Qazaxıstanın musiqi janrı. Qazax dilində oxunan, qərbi pop musiqi, Qazaxıstan hip hopu, EDM (elektron rəqs musiqisi), R&B, toy musiqisi və xüsusilə K-pop tərəfindən təsirlənən Qazaxıstan pop musiqinin müasir forması. K-pop kimi, Q-pop da özündə fərqli musiqi janrlarını cəmləşdirir. Bu janr ilk dəfə 2015-ci ildə Ninety One qrupun debütu ilə üzə çıxıb.

Mənşə Qazaxıstanda həmçinin pop musiqisinə aid olan etnopop (və ya folk pop) musiqisi və onun növü, başqa türk xalqlarına da aid olan toy musiqisi mövcuddur. Q-pop toy musiqisindən fərqli olan bir janr olduğu kimi təqdim olunur.p. 182

Ölkəyə Koreya dramaları və filmləri 2000-ci illərin ortasında gələn kimi, o vaxtdan başlayaraq, Qazaxıstan Koreya dalğasının təsiri altındadır. İnternetin əlçatanlığı artmasının köməyi ilə bu fenomen, ölkədə Koreyanın kütləvi mədəniyyətinə marağını alışdı və beləliklə, K-pop janrını Qazaxıstanda məşğurlaşdırıb. Qazaxıstanda K-pop-un məşğurluğu 2014-cü ildə Q-pop layihəsinin başlanğıcını təhrik edib və beləliklə, Juz Entertainment Ninety One qrupunu yaradıb.

J-pop da bu janra təsir etdiyini qeyd olunur.

Qəbulu Q-pop Qazaxıstan hökumətin tərəfindən qazax dilinin əlifbasını yeni qazax latin əlifbasına keçirtməyinin aləti kimi sayıldığında görə, Q-pop ondan dəstək görür. Lakin, bu janr həm də cəmiyyətin ənənəpərəst hissələri tərəfindən gələn təndiq və imtina ilə üzləşmiş. Xüsusilə ifaçıların səhnədəki görünüşünə görə. Darya Orın bu mühafizəkar reaksiyası üçün Stenli Kohenin əxlaqi təlaş () ifadəsini iştədir.

Q-pop üzə çıxannan bəri, qonuşu Özbəkistan və Qırğızıstanda da qazax pop musiqisinə maraq artıb. Bu Qazaxıstanda qürur hissini yaratdığını deyilir. 2016-cı ildə Ninety One qrupu TMB TV-nin çartında birinci yerə qalxıb. Eyni zamanda, həmin çartın 17-ci ildə Qazaxıstan ifaçısı Ali Okapov, 20-ci yerdə isə Qazaxıstan qrupu Kesh You olmuşdu. İddia olunur ki Q-pop musiqisinin təsiri altında olan xaricilər Qazaxıstandan, onun mədəniyyətindən və qazax dilini öyrənməyə başlayıblar.

Q-fest 2018-ci ildə Almatı şəhərində, Almatı Arenada ilk Q-fest keçirilib. Bu festivalı Ninety One qrupunun prodüseri, Yerbolat Bedelxan başqa Q-pop prodüserləri ilə təşkil edib.

İstinadlar

Kateqoriya:Q-pop Kateqoriya:Qazaxıstanda musiqi janrları Kateqoriya:Submədəniyyətlər Kateqoriya:Pop musiqisi janrları