Gimli planeri () — 1983-cü il iyulun 23-də Kanadanın Gimli aeroportunda enmiş "Air Canada" aviaşirkətinə məxsus Boinq-767 təyyarəsinə verilən qeyri-rəsmi ad. 143 nömrəli reyslə Ottavadan Edmontona uçan təyyarənin yanacağı cihazların və texniklərin səhvi ucbatından yerdən 12000 metr yüksəklikdə qəfil bitmiş və təyyarənin mühərrikləri dayanmışdır. Buna baxmayaraq pilotlar planer effektindən istifadə edərək təyyarəni Gimli aviabazasında təhlükəsiz şəkildə yerə endirə bilmişdilər. Təyyarədəki 61 sərnişin və 8 heyət üzvünün hamısı sağ qalmışdır.

1985-ci ildə hər iki pilot Beynəlxalq Aviasiya Federasiyasının diplomu ilə mükafatlandırıldılar.

2008-ci ildə hadisənin 25 illiyi ilə bağlı Gimlidə xatirə lövhəsi açılmışdır.

İstinadlar

Kateqoriya:23 iyuldakı hadisələr Kateqoriya:1983-cü ildəki hadisələr Kateqoriya:1983-cü ildə aviasiya qəzaları və insidentləri Kateqoriya:1983-cü ildə Kanada Kateqoriya:Kanadada aviasiya hadisələri Kateqoriya:Boeing 767 ilə bağlı qəzalar və insidentlər