Bertalan Farkaş () — ilk macar kosmonavtı və kosmosda birinci esperanto. Macarıstan SilahlI Qüvvələrinin briqada generalı.

Həyatı Çəkməçi-fəhlə ailəsində doğulmuşdur.Anası evdar qadın olmuşdur.1967-ci ildə orta məktəbi bitirib və Dyerd Kilian adına Ali Aviasiya Texniki Məktəbinə daxil olmuşdur.Ali Məktəbi bitirdikdən sonra Macarıstan Xalq Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlamışdir.1978-ci ildən "İnterkosmos" proqramı üzrə tam təlim kursu keçmişdir.1980-ci il mayın 26-da "Soyuz-36"kosmik gımisində tədqiqatçı kimi uçmuşdur(V.H.Kubasovla birlikdə). Beynəlxalq heyət "Salyut-5"-"Soyuz-35"-"Soyuz-36" orbital elmi-tədqiqat kompleksində (əsas heyət L.İ Popov və V.V.Ryumin)nəzərdə tutulmuş birgə tədqiqat və ekspirimentləri yerinə yetirdikdən sonra B.Farkaş 1980-ci il iyunun 3-də "Soyuz-35" kosmik gəmisində Yerə qayıtmışdır.Azərbaycan Sovet Ensiklopediyası

Mükafatları Macarıstan Xalq Respublikasının Qəhrəmanı (1980) Sovet İttifaqı Qəhrəmanı (3 iyun 1980, SSRİ) Lenin ordeni (3 iyun 1980, SSRİ) "За заслуги в освоении космоса" medalı (12 aprel 2011, Rusiya Federasiyası)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XX əsr Macarıstan şəxsləri