Yeparxiya () — sekulyar və ya dini qurumlarda bir növ inzibati ərazi vahidi.

Sekulyar qurumlarda Yeparxiya Roma imperiyası və Bizans imperiyasında mövcud olmuş inzibati ərazi vahidi olub latınca provincia termininin yunanca qarşılığı idi. 840-cı illərə qədər istifadədə olmuşdur.Ostrogorsky, George (1956). History of the Byzantine State. Oxford: Basil Blackwell. Müasir Kipr Respublikasının inzibati ərazi vahidləri yeparxiya adlanır.

Dini qurumlarda Xristian kilsəsində hər hansı bir inzibati ərazi vahidi yeparxiya adlanır və həmin bölgəyə mitropolit tərəfindən rəhbərlik edilir.

İstinadlar

Kateqoriya:İnzibati vahidlər Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Xristianlıq Kateqoriya:Xristian terminologiyası