Taal — Filippində şirin sulu göl. Göl Luson adasında yerləşir. Batanqas əyalətinə aiddir. Göl əsasən nəhəng Taal kalderinin çuxurunda yerləşir. Taal kalderi 500 000–100 000 il əvvəl baş vermiş nəhəng püskürmə zamanı formalaşmışdır. Taal gölü ölçüsünə görə Filippinin üçüncü gölüdür (Bay və Lanao göllərindən sonra). Gölün mərkəzində eyniadlı vulkan mənşəli Taal adası (Taal vulkanı) yerləşir. Vulkanik adanın kraterində kiçik göl yerləşir. Bu, dünyadakı adada (Luson) yerləşən gölün (Taal gölü) içində olan adanın daxilində qeydə alınan ən böyük göldürОстров в озере на острове в озере на острове на Филиппинах. Maraqlıdır ki, bu gölün mərkəzində də çox kiçik ada — Point-vulkanı var.U. S. Army Corps of Engineer (1954). "Manila (Topographic map)" . University of Texas in Austin Library. Retrieved on 2014-08-03. Point-Vulkanı dünyada fəaliyyətdə olan ən kiçik vulkan və ya adada yerləşən gölün daxilindəki adada olan digər göldəki ən böyük adadır.

Taal vulkanı left|thumb|Ərazinin relyefi Taal vulkanı dünyanın ən kiçik aktiv vulkanlarından biri hesab olunur. Ən qədim püskürmə tarixi 100–500 min il əvvəl hesab olunur. Keçmiş vulkan konusu parçalanmış və yerində böyük kalder formalaşmışdır. Kalder tədricən su ilə dolaraq Taal gölü yaranmış. Növbəti püskürmələr nəticəsində gölün ortasında sahəsi 23 km² olan ada — yeni vulkan konusu yaranmışdır. 1572-ci ildə vulkan dəfələrlə püskürmüş və nəticədə yeni kraterdə növbəti göl formalaşmışdır.

1911-ci il 30 yanvar tarixində XX əsrin ən güclü püskürməsi baş vermiş və 1335 nəfərin ölümünə səbəb olmuşdur. 10 dəqiqə müddətin 10 km məsafədə olan bütün canlılar tələf olmuşdur. 400 km-dən tüstünü və külü müşahidə etmək olurdu. Püskürmə pele püskürmə tipinə aid olunur. Püskürmə kraterlə yanaşı yamaclardanda qeydə alınmışdır. Püskürmə zamanı lava yox, kül və qızmar par havaya atılırdı. 1965-ci ildə baş vermiş püskürmədə 200 nəfər həlak olmuşdurMoore J. G., Nakamura K., Alcaraz A. The September 28–30, 1965 eruption of Taal Volcano, Philippines (англ.) // Bulletin Volcanologique : journal. — 1966. — Vol. 29, no. 1. — P. 75–76. DOI:10.1007/BF02597143 . Sonuncu püskürmə 1977-ci ildə qeydə alınmış.

Qorunması Taal gölü hövzəsində ilk dəfə olaraq 1967-ci ilin 22 iyulunda, № 235 deklarasiya ilə Taal vulkanı hissəsi milli park elan edilmiş. Milli parkın sahəsi 62 292 hektar idi.. Декларация и Бюро дикой природы. Retrieved on 2012-01-13. 7586 nömrəli respublika qanuna və ya Qorunma Ərazilərin Milli İnteqrasiya Sisteminə (NIPAS) əsasən 1992-ci ildə ərazi xüsusi "Qorunan Taal vulkanı landşaftı" statusunu almış. 16 oktyabr 1996-cı ildən № 906 deklarasiyaya əsasən milli parkın ərazisi genişləndirilmişdir.. Protection and Wildlife Bureau. Retrieved on 2012-01-13.

Şəkillər

İstinadlar

Kateqoriya:Filippin coğrafiyası Kateqoriya:Vulkanik göllər