Tivoli bağları və ya Tivoli parkı — Danimarkanın paytaxtı Kopenhagendə yerləşən əyləncə və istirahət parkı. Park 15 avqust 1843-cü ildə açılıb və beləliklə, Kopenhagen yaxınlığındakı Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır. Bəzi mənbələrdə Volt Disneyin Disneyland ideyasını məhz Tivolidən götürdüyü iddia edilir. Belə ki, o, 1951-ci ildə bu parkı ziyarət edib.
2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib.
Tarix Danimarka kralı VIII Kristian parkın 6 hektar ərazidə qurulması üçün Georq Karstensena icazə vermişdi. Parkın ilk adı Tivoli & Vauxhall olmuşdur.Tivoli – Tivoli Gardens Copenhagen – Copenhagen Portal – Tourist Guide . Copenhagenet.dk. Retrieved on 15 August 2011. Açılışı 1843-cü ilin avqustun 15-də baş tutub. O gün parkın ilk ziyarətçiləri arasında Hans Xristian Andersen də olub. O, parkdan ilhamlanaraq Bülbül nağılını yazıb.
1901-ci ildən başlayaraq Tivolidə bir sıra "insan sərgiləri" keçirilib. Xaricə gedə bilməyən danimarkalılar bu sərgilərdə başqa irqlərin və mədəniyyətlərin nümayəndələrini canlı olaraq görə bilirdi.
1943-cü ildə nasizm tərəfdarları Tivolinin bir çox binalarını, o cümlədən konsert zalını yandırdılar. Həmin binaların yerində müvəqqəti tikintilər quraşdırıldı və bir neçə həftə sonra, park yenidən işləməyə başladı.The Twentieth Century with Walter Cronkite: Sabotage. CBS, 1950s.
Attraksionlar thumb|upright=1.4|Əjdaha gölü və arxa planında Dæmonen amerikan dağları Park taxtadan tikilmiş amerikan təpələrinə görə tanınır. Məsələn, 1914-cü ildə (başqa mənbələrinə görə 1915-də və ya ondan sonra) quraşdırılan Rutschebanen və ya yerlilər tərəfindən Bjergbanen adlanan amerikan təpələri dünyada hələ də işləyən ən köhnə amerikan təpələrindən biridir. Bundan başqa, parkda poladdan olan 1974-cü ildə quraşdırılan Karavanen, 1985-ci ilin Odin Ekspressen və 2004-cü ilin aprelin 16-da quraşdırılan Dæmonen adlı amerikan təpələri var.
2006-cı ildə Tivoli üçün Avstriyada Funtime şirkəti tərəfindən dünyanın ən yüksək karuseli olan Himmelskibet adlı attraksion quraşdırılıb.
Başqa obyektləri Tivoliyə giriş biletlidir. Biletlərin fərqli növləri olur, o cümlədən, nisbətən ucuz olan və attraksionlardan istifadə etməyə icazə verməyən biletlər var. Attraksionlardan başqa, Tivolidə müxtəlif restoranlar, kafelər, süni göl, p. 62–63 teatr, bağlar, gül ləki və şərq üslubunda binalar var.
Parkın yanında 1893-cü ildə tikilən Tivoli sarayına baxan Hans Xristian Andersenin heykəli yerləşir.
İstinadlar
Kateqoriya:1843-cü ildə yarananlar Kateqoriya:Əyləncə parkları Kateqoriya:Danimarkanın görməli yerləri