Martin Egeberq (; ) — norveçli yunan-roma güləşçisi, Dünya və Avropa çempionatlarının mükafatçısı.

Həyatı 1896-cı ildə Oslo şəhərində anadan olmuşdur. 1922-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı oldu. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 8-ci yeri tuta bildi. 1927-ci ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 14-cü yeri tutdu.

Xarici keçidlər Martin Egeberq — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Martin Egeberq — International Wrestling Database saytında profili (ing.)