Manmohan Sinqh (, ; ) — Hindistan dövlət və siyasi xadimi, 22 may 2004-cü ildən 26 may 2014-cü ilədək Hindistanın Hindistan Milli Konqresi (HMK) partiyasından olan 15-ci Baş naziri. İnancına görə, Hindistanın ilk qeyri-hinduist baş naziri olmuşdur.

1982–1985-ci illərdə Hindistan Ehtiyat Bankının meneceri, 1991–1996-cı illərdə Hindistanın maliyyə naziri olub. 2005–2006-cı illərdə eyni zamanda Baş nazir olaraq Hindistanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. 2008-ci ilin dekabrı və 2009-cu ilin yanvar aylarında Baş nazir vəzifəsindən ayrılmadan yenidən maliyyə naziri olmuşdur (maraqlıdır ki, 2006-cı ildə də Xarici İşlər Naziri olaraq çalışmışdır və 2009-cu ildə Maliyyə Naziri olaraq, Sinqhi Pranab Mukerci əvəz etmişdi).

İqtisadiyyat sahəsində bir sıra mükafatlar laureatı, elmlər doktoru, iqtisad üzrə elmi işlərin müəllifidir. 1993-cü ildə Euromoney jurnalı onu ilin ən yaxşı maliyyə naziri, Asiamoney jurnalı isə onu iki dəfə (1993 və 1994) bu ad ilə tanımışdır.

İstinadlar

Kateqoriya:Hindistan baş nazirləri Kateqoriya:Hindistan siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Hindistan uzunömürlüləri Kateqoriya:XX əsr siyasətçiləri