Cared Leto (; ) – aktyor, vokalist.

Həyatı Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır. Bir müddət sonar o, Nyu-Yorkdakı Təsviri İncəsənət Universitetinə keçirilir. Hələ tələbə ikən Leto ssenari yazır və "Crying Joy" adlanan öz filmində baş rollardan birini ifa edir. 1992-ci ildə Cared aktyor olmaq məqsədilə Nyu-Yorkdan Los-Ancelesə köçür. 1996–1997-ci illərdə o, "People" jurnalının rəyinə görə "Dünyanın 50 ən gözəl insanı" siyahısına düşür. 2000-ci ildə "Amerika dəlisi" və "Arzu rekviyemi" psixoloji trillerləri ekrana çıxır. Cared Leto 1998-ci ildə qardaşı ilə birlikdə əsasını qoyduğu Thirty Seconds to Mars alternativ rok qrupunun vokalistidir.

Filmoqrafiya Qurama yorğan (1995) Switch-Back (1997) Prefonteyn (1997) Nazik qırmızı xətt (1998) Şəhər əfsanələri Bezil Fight Club Yarımçıq həyat Requiem for a dream (2000) Qorxu otağı (2002) İsgəndər Müharibə Tanrısı Suicide Squad (2016) XXVII fəsil Mister Heç kəs (film, 2009) Ülgüc üzərində qaçan 2049

Diskoqrafiya 30 Seconds to Mars A Beautiful Lie This Is War Lust, Love, Faith and Dreams America

Həmçinin bax City of Angels

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr ABŞ musiqiçiləri Kateqoriya:XXI əsr ABŞ musiqiçiləri