Leon Nərmanoviç Musayev () — rusiyalı futbolçu, "Rubin" klubunun yarımmüdafiəçisi.

Həyatı Leon Musaev Sankt-Peterburqda anadan olub. Amma, atası Dağıstandandır və əslən Tabasaranlıdır.

Adı "Leon" filminin qəhrəmanının şərəfinə verilib.

Altı yaşında "Smena" məktəbində, məşqçi İvan Şabarovun yanında futbol oynamağa başladı. 2016-cı ilin avqustunda gənclər komandasının tərkibində debüt etdi, 23 oyun keçirdi, 4 qol vurdu. Zenit-2 üçün NFL (Qərb Divizionu) çempionatında 11 iyul 2016-cı il tarixində, ilk turda "Sokol" la oyunda (1:1) debüt etdi. 2019-cu ildə o, əsas komandaya Sergey Semak tərəfindən götürüldü və 21 fevralda Avropa Liqasının 1/16 final matçında ilk komandada debüt etdi, Fənərbaxça ilə matçda (3:1) 87-ci dəqiqədə Artyom Dzyubanı əvəzlədi. Rusiya çempionatında 14 aprel 2019-cu ildə yenə də Dzyubanın əvəzinə 85-ci dəqiqədə əvəzlənən Leon "Anji" ilə matçda (5–0) ev oyununda debüt etdi. Musayev Rusiyanın gənclər komandalarında oynayıb.

29 yanvar 2021-ci ildə Rusiyanın "Rubin Kazan" klubu ilə 5 illik müqavilə imzalayıb. Kazan klubunda debütü həmin ilin fevralın 28-də Moskva "Spartak"ına qarşı matçda oldu. 2022-ci ilin avqustun 21-də "Volqa" Ulyanovsk klubuna qarşı matçda "Rubin" üçün ilk qolunu vurdu.

Nailiyyətlər

Zenit frameless|16x16px Rusiya çempionu (1)ː 2018\19 frameless|16x16px Rusiya Superkubokunun finalçısı (1)ː 2019

İstinadlar

Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri