thumb|250px|Türkmənistanın milli mətbəxi

Türkmənistan mətbəxi () dünyanın ən zəngin mətbəxlərindən biri sayılır.

Türkmənistan yemişi thumb|250px|Ənənəvi türkmən yeməkləri arasında yemiş, qarpız və yemiş önəmli yer tutur Mətbəx sahəsində demək olar ki Türkmənistan öz yetişdirdiyi yemişləri ilə də seçilir. Türkmənistan sovet dönəmində, ölkə üzrə ən böyük yemiş tədarükçüsü olmuşdur. Bugün çox az miqdarda ölkədən yemiş başqa yerlərə ixrac edilir.Turkmenistan: Country Report to the FAO International Technical Conference on Plant Genetic Resource , Leipzig, 1996, p. 6. Retrieved April 15, 2008 Türkmən mənbələrinə görə hazırda bu ölkədə 400 növ yemiş əkilib, becərilir. İllik olaraq ölkədə Yemiş günü (Yemiş bayramı) qeyd olunur.

Çörəklər və xəmir yeməkləri thumb|250px|Türkmən çörəyi İlk olaraq bunu qeyd etməliyik ki Türkmən çörəkləri, bölgədəki yapılan başqa çörəklərdən fərqli olaraq, təndir gil sobasında bişirilib, qalın və dəyirmi şəkilli olur. Qavurtmaçlı çörək(Qovurmalı çörək):Bu çörəyin hazırlamasında qovurulmuş qoyun əti və bir sıra bitkilərdən(o cümlədən soğan) geniş istifadə edilir. Bişmə: Ballıbadıya çox bənzəyən türkmən şirniyyatlarından biridir. Külçə çörək Pətir çörək Ətli çörək Yağlı çörək Sacred Words "Tamdyr" and "Chorek" Paseviev, Ikar. Retrieved April 15, 2008

İçkilər thumb|250px|Türkmənlər və Qazaxlar arasında geniş yayılan Çal içkisi Orta Asiyanın başqa ölkələrinə tay, yaşıl çay Türkmənistanın əsas içkisi sayılaraq, gün boyu geniş istifdə olunur. Ölkənin Daşoğuz bölgəsində, Qazaxıstan kimin çay, süd ilə qarışdırılıb içilir. Ölkə üzrə 2-ci ən çox sevimli içki qatıqdan hazırlanan Kefirdir ki daha çox səhər yeməkləri və Mantı və Börək kimi yeməklər ilə yanaşı süfrəyə verilir. Qıcqırdılmış dəvə südündən əmələ gətirilən və öz dadı ilə seçilən Çal, orta asiya və Türkmənistanın ayrı ənənəvi içkilərindəndir.Anatoly Khazanov, Nomads and the outside world, Second edition, University of Wisconsin Press, 1994, p. 49Great Culinary Dictionary. "Chal" in Russian, retrieved April 11, 2007 Habelə Çal qırğızların milli içkisi Şoroya da çox bənzəyir.I.Barkhanov. Neutral Turkmenistan newspaper , in Russian, August 9, 2001.

Türkmənlərin ənənəvi yeməkləri Çəkdirmə :Çəkdirmə türkmənlərin ən məşhur yeməyidir, ki ənənəvi qazan içində bişirilir.Çəkdirmənin əsas ərzaqları ət, düyü və soğandır. Bulama Basdırma : Türk xalqlarının ənənəvi yeməklərindən biridir. Türkmən basdırması düyü, balıq, kartof, nar və soğandan bişirilir. thumb|200px|Bişmə çörəyinin hazırlaması Bişmə: Ballıbadıya çox bənzəyən türkmən şirniyyatlarından biridir. Börək: Bu yemək əsasən orucluq ayında hazırlanar.Börəyin hazaırlaması üçün ət,kartof və soğan öncədən əldə edilmiş xəmirin arasına qoyulur. Mantı: Əsas ərzaqları döyülmüş ət,yumurta,un,kərə yağı,soğan və müxtəlif ədviyyələrdən ibarətdir.

İstinadlar