Alisa xəyal güzgüsündə (; "Xəyal güzgüsündə, və Alisa orada nə tapdı") — uşaq kitabı ingilis riyaziyyatçısı və yazıçısı Luis Kerrollun 1871-ci ildə yazdığı "Alisa möcüzələr ölkəsində" kitabının davamı. Bu halda olsun ki, Alisanın eyni adda bir yox iki prototipi var: yazıçının tanışı Alisa Liddell (rus.) və onun uzaq qohumu Alisa Reyks (Alice Raikes)Мартин Гарднер. Аннотированная Алиса (1960) / перевод Н. М. Демуровой // Льюис Кэрролл. Приключения Алисы в Стране чудес; Сквозь зеркало и что там увидела Алиса. — М.: Наука, 1978. — Серия: Литературные памятники. — Комментарий к главе I..

Süjet Balaca qız Alisa güzgünün içərisindən keçir və güzgünün arxasında şahmat taxtasından ibarət olan dünyaya düşür. Kitabda öncədən şahmat diaqramı (rus.), şahmat notasiyasının (rus.) elementlərindən istifadə edilən süjet və ağ və qara fiqurlar kimi təqdim olunan personajların siyahısı verilir. Güzgü arxasındakı otaqdan Alisa danışan çiçəklərin (rus.) güzgü arxası bağına düşür. Burada O, Qara Şahzadə ilə qarşılaşır və Ağ Piyadaya çevrilir. Daha sonra o qatarla 3-cü xananı keçir və bütün adların yox olduğu meşəyə çatır. Orada Trulala və Tralala əkizlərindən öyrənir ki, bütün baş verənlər Qara Padşahın yuxusudur. O Bəstəboy-gombul (rus.) dönmüş halda dükkanda yumurta alarkən Ağ Şahzadə ilə tanış olur. Bundan sonra o yeni meşəyə gəlir və şirlə təkbuynuzun döyüşünə şahid olur. Qara Cəngavərə əsir düşmək üzrəykən Ağ Cəngavər tərəfindən xilas olunur. Sonra O, 8-ci xanaya daxil olur və şahzadəyə çevrilir. Sonda isə onun səyahətinin bir yuxu olduğu aydın olur.

Personajlar 250px|thumb|right|Alisa Xəyal güzgüsündə

Alisa (rus.) — yeddi yaşlı qızcığaz

Qara Şahzadə — (Red QueenƏslində kerroll qara fiqurları "qırmızı" adlandırırdı, çünki o ilərdə şahmat dəstində fiqurların rəngi həqiqətən qırmızıya yaxın idi.(məsələn, Stauntonov fiqurları ). Tərcüməçilər "həmişə", şahmat fiqurlarının ümumi qəbul edilmiş adına əsasən Red Queen-i Qara Şahzadə və s. kimi tərcümə edirlər.)

Qara Padşah — (Red King)

Qara Cəngavər — (Red Knight)

Əkizlər Trulala (Tweedledum) və Tralala (Tweedledee)

Morj və dülgər

Bəstəboy — gombul (Шалтай-Болтай (rus.); Humpty Dumpty (ing.))

Ağ Şahzadə

Qoyun

Ağ Padşah

Dov Şan (), Padşahın gedən çaparı (Alisa möcüzələr ölkəsindəki Mart Dovşanı(rus.))

Papaq Çı, Padşahın qayıdan çaparı (Alisa möcüzələr ölkəsindəki Papaqçı (rus.))

Şir və təkbuynuz (rus.)

Ağ Cəngavər

Qoyun qabırğası

Pudinq

Unudulmaz ifadələr Sən sadəcə əks üzünə yaşamağa öyrəşməmisən (ing. That's the effect of living backwards).

Əgər nə söyləyəcəyini bilmirsənsə fransızca danış!

Nə deyəcəyini düşünərkən reverans et. Bu vaxta qənaət edir.

Əjdaha (Jabberwocky) 400px|thumb|right|Əjdaha ilə döyüş səhnəsi, Rəssam Con Tenniel

Əsasən süni sözlərdən ibarət olan şeir rus dilində Dina Arlovskayanın (rus.) tərcüməsində, "Alisa xəyal güzgüsündə" cizgi filmi sayəsində "Barmaglot" (rus.) adıyla daha yaxşı tanınır; Bu versiyadan əlavə, eyni dərəcədə maraqlı başqa tərcümələr də var.

"Barmaglot", bəlkə də dilin bütün qanunlarına riayət etməklə mövcud olmayan sözlərin dilə daxil edilməsi üçün edilən ən məşhur cəhddir. İlk bənd, demək olar ki, tamamilə mövcud olmayan sözlərdən ibarətdir.

İllüstrasiyalar Tenniel kliklərin kəsildiyi taxta çap lövhələrə illüstrasiyalar çəkdi. Lövhələrin kəsimi ilə o dövrdə Londonun ən yaxşı oymaçılarından birini — Edvard Delzel məşğul idi. O rəssama, lövhələri möhürlə korlamamağı, onlardan galvanoplastik tökmələr düzəltməyi tövsiyə etdi. Tenniel onun məsləhətinə əməl etdi, ancaq lövhələri yalnız son izlərin keyfiyyətində güclü pisləşmə səbəbindən xilas etmək mümkün oldu. Nə Tenniel, nə də Kerroll ortaya çıxan təsvirləri bəyənmədilər. Məhz bu səbəbdən kitabın ilk nəşri məhv oldu. Yalnız ikinci nəşr satışa çıxarıldı. Bu nəşrin illüstrasiyaları yeni nüsxələrdən istifadə etməklə hazırlanmışdı. Heç bir oymanın çap olunmadığı əvvəlki lövhələr isə Macmillan Nəşriyyat Evinin arxivlərinə göndərildi. Onlar 1985-ci ildə təsadüfən tapılıb ortaya çıxarıldı.

Ədəbiyyatda reminisensiyaları Rocer Jelyaznının "Kəhrəba krallığının salnamələri" (rus.) kitabında narkotikadan sərxoş olan baş qəhrəmanlar Luis Kerrollun bir çox personajını "həyata qaytarmışdılar". Hətta əjdaha ilə döyüş səhnəsi də var. O. Henrinin "Krallar və Kələm" (rus.) romanı adını "Morj və Dülgər" (rus.) haqqında şeirdən götürmüş və romanın müqəddiməsi isə "Dülgərin nağılı" adlanır. Con Rinqonun (rus.) "Kosmik köpüyün səyahəti"(ing.) adlı elmi-fantastik tetralogiyası "Alisa xəyal güzgüsündə" kitabının süjetinə və xüsusən də Əjdahayla döyüş şeirinə istinadlarla doludur. Məsələn, dörd romanın hər birinin adı şeirdən bir sətirdir.

Həmçinin Kerrollun ilk kitabı ilə əlaqəli olan çoxlu sayda istinadlar var.(rus.)

Musiqidə reminisensiyaları The Beatles qrupunun "I Am the Walrus" () mahnısı və "Morj və Dülgər" şeiri ilə əlaqəlidir. Jefferson Airplane qrupunun "White Rabbit" () mahnısı kitabın süjeti ilə səsləşir.

Həmçinin Kerrollun ilk kitabı ilə əlaqəli olan çoxlu sayda istinadlar var.(rus.)

Kinodakı reminisensiyaları "Pislik yuvası" qorxulu filmlər seriyasının ilk seriyasında Lyuis Kerrollun "Alisa"sına çox sayda bənzətmə var: baş qəhrəmanın adı Elis, daha dəqiq isə — Alisa; Boynunu vurmağı tələb edən Qırmızı Kraliça; virusun Ağ Dovşan üzərində sınanması; güzgüdən keçərək gizli laboratoriyaya girmək; Kraliçanın kompüterində şahmat lövhəsini göstərən məntiq inteqral sxem; Əslində kitabın özü filmin səhnələrindən birində nəzərə çarpır.

Azərbaycan dilinə tərcümələr

Həmçinin bax Luis Kerroll Alisa möcüzələr ölkəsində Alisa xəyal güzgüsündə (film, 2016)

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Льюис Кэрролл. Алиса в Зазеркалье Г. К. Честертон. "По обе стороны зеркала" Н.Карпушина, "Перечитывая "Алису"", Наука и жизнь, № 7, 2010. Luis Kerroll G. Eyvazlı, Ədəbiyyat qəzeti, 6 fevral 2016, s.14–15 Qanun nəşriyyatı, Alisa Güzgüarxasında- Lüis Keroll AMK, Alisa Güzgüarxasında

Kateqoriya:Absurdizm Kateqoriya:Alisa möcüzələr ölkəsində Kateqoriya:Luis Kerroll Kateqoriya:1871-ci ildə yarananlar Kateqoriya:Fentezi əsərləri Kateqoriya:Nağıllar Kateqoriya:Uşaq ədəbiyyatı Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Televiziyaya adaptasiya olunmuş romanlar