Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur.
Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər.Groot RJ, Baker SC, Baric R, Enjuanes L, Gorbalenya AE, Holmes KV, Perlman S, Poon L, Rottier PJ, Talbot PJ, Woo PC, Ziebuhr J (2011). "Family Coronaviridae". In AMQ King, E Lefkowitz, MJ Adams, EB Carstens (eds.). Ninth Report of the International Committee on Taxonomy of Viruses. Elsevier, Oxford. pp. 806–828.International Committee on Taxonomy of Viruses (24 August 2010). "ICTV Master Species List 2009 – v10 " (xls). Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər. Korona virusların genomik ölçüsü 26/32 kilobaz aralığında olur və ən böyük RNT viruslarıdır.
"Koronavirus" adı koron partikullarının (corona) xarakteristika görünüşünə görə koron və ya virus mənasına gələn Latınca (virions) sözündən gəlir.
Kəşfi Koronaviruslar 1960-cı ildə kəşf edilib ilk dəfə toyuqlarda infeksion bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılan soyuq dəyməsi olan insanların burun boşluqlarında yaranan virus idi.Geller C, Varbanov M, Duval RE (November 2012). "". 02.02.2020 tarixində orijinalından arxivləndi. Viruses. 4 (11): 3044–3068. doi:10.3390/v4113044 . PMC 3509683 . PMID 23202515 . Yoxlanıldı: 02.02.2020 Bu ailənin digər başqa üzvləridə kəşf edilib. 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV üzvləri kəşf edilib. Hazırda bu virusların çoxu ciddi tənəffüs yolu infeksiyalarına qarışıb.
Ad və morfologiyası Koronavirusun adı latınca korona və yunanca κορώνη (korṓnē, "tac, çələng") deməkdir. Korona virusun Günəş tacını xatırladan görüntüsü olduğundan dolayı elektron mikroskopu ilə baxıldığında virionlara (virusların sahib hüceyrədən kənar formasına) bənzədikləri görülür. Morfologiyası isə virusun səthini dolduran və əsas tropizmini müəyyən edən zülallar tərəfindən peplomerlərlə yaradılır.
Bütün koronavirusların ümumi quruluşunda zülallar, membran və nukleokapsidlər var. Əgər SARS koronavirusu (Güclü tənəffüs sindromu ilə əlaqəli koronavirus) spesifik halda olarsa üzərində olan reseptor sahəsi, virusun reseptoruna, anqiotensin çevirici ferment 2-ə (ACE2) bağlanmasına vasitəçilik edəcək . Bəzi koronavirusların isə (xüsusilə Betakoronavirus kimi alt sinifin üzvləri) hemaqqlutinin esteraz (HE) adı verilən qısa zülalları var.
Replikasiya Virus hüceyrəyə daxil olanda onun hissəcik qılafı örtülmür və virusun genomu hüceyrə sitoplazmasına daxil olur.
Koranavirusun RNT genomu, 5 metivilaniya olmuş qaba və RNT-in həll olunması üçün ribosomlara bağlanmasını təmin edən 3 polyadenylasiyalı quyruğu var.
Koronavirusun genomları, viral genomun əsas hüceyrəsinin texnikasından istifadə edərək yeni RNT kopiyalarının transkripsiyasına imkan verən replikaz adlı zülalı kodlaşdırır. Replikaz koronavirusun ilk zülalıdır; bu zülalda replikazı kodlayan gen, köçürüldükdən sonra köçürülmə gendə olan bir stop kodu ilə dayandırılır. Bu iç içə yazılmış bir yazı kimi tanınır. Bütün mRNT sintezlərini kodlaşdıran monokistronikdir. Koronavirus zülalınının dəqiq quruluşu yoxdur və bu zülal, RNT-yə bağlı RNT-in polimerazında olmayan bir oxuyucu funksiyanı təmin etdiyi üçün replikaya bağlanır.
Genom təkrarlanır və zülalların hamısının yerləşdiyi uzun bir polipotein əmələ gəlir. Koronavirusların tərkibində olmayan bir protein var — bir proteaz — bu polipoteini parçalamağa qadirdir. Bu proses, virusun az sayda nukleotiddə ən çox sayda gen kodlamasına imkan verən genetik formasıdır.
Yoluxma Koronavirusların insandan insana keçməsi, ilk növbədə asqırıq və öskürək nəticəsində yaranan tənəffüs damlaları vasitəsilə yaxın təmaslar nəticəsində baş verdiyi ehtimal edilir.
Taksonomiya
thumb|Koronavirusun infeksiya dövrü
Koronavirusun elmi adı Orthokoronavirinae və ya Koronavirinae-dır. Koronavirus Koronaviruslar sinifinə aiddir.
Sinif: Alfakoronavirus Növlər: Alpaka koronavirus, Alfakoronavirus 1, İnsan koronavirusu 229E, HCoV NL63, Miniopterus Yarasa koronavirusu 1, Miniopterus Yarasa koronavirusu HKU8, Yoluxucu donuz diareya virusu, Rhinolophus yarasa koronavirus HKU2, Skotofilus yarasa koronavirusu 512 Sinif: Betakoronavirus; üstsinif: Gəmirici koronavirus Növlər: Betakoronavirus 1, İnsan koronavirusu HKU1, Gəmirici koronavirus, Pipistrellus yarasa koronavirusu HKU5, Rousettus yarasa koronavirusu HKU9, SARS-CoV, Tylonycteris yarasa koronavirusu HKU4, MERS-CoV, İnsan koronavirusu OC43, Kirpi koronavirusu 1 (EriCoV), 2019-nCoV Sinif: Qammakoronavirus; üstsinif: Yoluxucu bronxit virusu Növlər: Beluqa balina koronavirusu SW1, Toyuqlarda infeksion bronxit virusu Sinif: Deltakoronavirus; üstsinif: Bülbül koronavirusu HKU11 Növlər: Göyərçin koronavirusu HKU20, Bülbül koronavirusu HKU11, Donuz koronavirusu HKU15, Munia koronavirusu HKU13, Qaratoyuq koronavirusu HKU12
Təkamülü Koronavirusların ən son yayılmış ortaq əcdadları e.ə. 8000-ci ildə ortaya çıxıb. Bundan daha da çox olma ehtimalı ola bilər. Digər bir qiymətləndirmədə, bütün koronavirusların ən son ortaq əcdadı (MRCA — bundan sonra belə adladırılacaq), eramızdan əvvəl 8100-cü ilə aiddir. Alfakoronavirus, Betakoronavirus, Qammakoronavirus və Deltakoronavirusların MRCA-sı müvafiq olaraq, təxminən e.ə 2400, 3300, 2800 və e.ə 3000-də ortaya çıxıb. Yarasalar, quşlar və uçan digər onurğalılar koronavirusların daşıyıcılarıdır. Yarasalar Alfakoronavirus və Betakoronavirusların, Quşlar isə Qammakoronavirus və Deltakoronavirusların təkamül keçirməsi və yayılması üçün idealdır.
Yarasa koronavirusu ilə MERS-CoV virusları 1951-ci ildə ortaq əcdaddan ayrılıb. Yarasa koronavirusu və insan koronavirusu OC43 isə 1899-cu ildə ayrılıb. Yarasa koronavirusu 18-ci əsrin sonlarında digər bütün koronavirus növlərindən ayrılıb. Başqa bir qiymətləndirməyə görə, insan koronavirusu OC43 1890-cı ildə yarasa koronavirusdan ayrılıb.
İnsan koronavirusu OC43-ün MRCA-sı 1950-ci illərə təsadüf edir.
MERS-CoV, bir neçə yarasa növünə aid olsa da, bir neçə əsr əvvəl bu növlərdən ayrıldığı ehtimal edilir. İnsan koronavirusu NL63 və yarasa koronavirusunun MRCA-sı 563–822 il əvvələ aid edilir. Ən sıx əlaqəli olan yarasa koronavirusu və SARS-CoV 1986-cı ildə ayrılıb. SARS virusunun təkamül yolunun yarasalarla sıx əlaqəsi olması fikri irəli sürülür. Alimlər koronavirusların uzun müddət yarasalara yoluxduğunu daha sonra SARS-CoV virusunun əcdadlarının əvvəlcə Hipposideridae cinsinin növlərinə yoluxduğunu, sonra Rhinolophidae növlərinə, daha sonra civets və nəhayət insanlara yayıldığını irəli sürdülər.
Alpaka koronavirusuyla insan koronavirusu 229E 1960-cı ildən əvvəl ayrılıb.
İnsan koronavirusları Əsasən böyüklər və uşaqlarda bütün ümumi soyuqdəymələrə səbəb olduğu güman edilir. Koronaviruslar, ilk növbədə qışda və erkən yaz fəsillərində şişmiş adenoidlərdən qızdırma və boğaz ağrısı kimi əsas simptomlarla soyuqdəyməyə səbəb olur. Koronaviruslar ya sətəlcəm xəstəliyinə, ya birbaşa viral pnevmoniyaya, ya da ikinci dərəcəli bakterial pnevmoniyaya səbəb ola bilər. 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, kəskin tənəffüs sindromuna (SARS) səbəb olan SARS-CoV, həm yuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarına səbəb olduğu üçün özünəməxsus patogenezə malikdir. İnsan koronavirus infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün vaksinlər və ya antiviral dərmanlar yoxdur.
İnsan koronaviruslarının yeddi növü məlumdur:
İnsan koronavirusu 229E (HCoV-229E) İnsan koronavirusu OC43 (HCoV-OC43) Kəskin tənəffüs sindromu ilə əlaqəli koronavirus (SARS-CoV) İnsan koronavirusu NL63 (HCoV-NL63) İnsan koronavirusu HKU1 Daha əvvəl Yeni koronavirus 2012 və HCoV-EMC kimi tanınan Orta Şərq tənəffüs sindromu ilə əlaqəli koronavirus (MERS-CoV). Yeni koronavirus (2019-nCoV), Uhan koronavirusu adıyla da tanınır.
HCoV-229E, -NL63, -OC43 və -HKU1 koronavirusları davamlı olaraq insan populyasiyasında dövr edir və dünya miqyasında böyüklər və uşaqlarda yoluxucu tənəffüs yolu xəstəliklərinə səbəb olur.
+2019-nCoV, MERS-CoV və SARS-CoV yoluxmuş xəstələrin xüsusiyyətləriWang, Chen; Horby, Peter W.; Hayden, Frederick G.; Gao, George F. (24 January 2020). "A novel coronavirus outbreak of global health concern". The Lancet. doi: 10.1016/S0140–6736(20)30185–9. 2019-nCoVMERS-CoVSARS-CoVDemoqrafikAşkar edildiyi tarixDekabr, 2019İyun, 2012Noyabr, 2002Aşkar edildiyi yerUhan, ÇinCiddə, Səudiyyə ƏrəbistanıQuandun, ÇinYaş ortalaması495639.9Yaş aralığı21–7614–941–91Kişi: qadın nisbəti2.7:13.3:11:1.25Aşkar olunan xəstəlik835†24948096Xəstəliyin ölüm nisbəti25† (2.9%)858 (37%)744 (10%)Səhiyyə işçiləri16‡9.8%23.1%SimptomlarQızdırma40 (98%)98%99–100%Quru öskürək31 (76%)47%29–75%Təngnəfəslik22 (55%)72%40–42%Diareya1 (3%)26%20–25%Boğaz ağrısı021%13–25%Mexanik havalandırma9.8%80%14–20%*: Semptomlara ilk 41 xəstə daxildir. †: 23 yanvar 2020-ci il tarixli məlumat. ‡: 21 yanvar 2020; digər məlumatlar da 21 yanvar 2020.
Koronavirusla əlaqəli xəstəliklərin yayılması Nisbətən yüksək ölüm hallarına malik koronavirus növlərinin epidemiyaları aşağıdakı cədvəldə qeyd edilib: +EpidemiyaVirusun növüÖlümlər2003-cü ildə kəskin tənəffüs sindromunun yayılmasıSARS-CoV7742012-ci ildə Orta Şərq tənəffüs sindromu koronavirusun yayılmasıMERS400-dən çoxCənubi Koreyada 2015 Orta Şərq tənəffüs sindromuMERS362018 Orta Şərq tənəffüs sindromuMERS41Pandemic Epidemic Diseases news: Infectious disease outbreaks reported in the Eastern Mediterranean region in 2018 Between 12 January through 31 may 2018, the National IHR Focal Point of The Kingdom of Saudi Arabia reported 75 laboratory confirmed cases of Middle East respiratory syndrome coronavirus (MERS_CoV), including twenty-three (23) deaths. Date www.emro.who.int, accessed 29 January 20202019–20 Uhan koronavirusunun yayılmasıSARS-CoV-21 milyondan çox
Ağır tənəffüs sindromu (SARS)
2003-cü ildə Asiyada əvvəlki il başlamış ağır tənəffüs sindromunun (SARS) və dünyanın digər yerlərində baş verən ikinci hadisələrin ardından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bir koronavirusun təsbit edildiyini mətbuata açıqladı. Virus rəsmi olaraq SARS koronavirus (SARS-CoV) adlandırıldı. 8000-dən çox insan yoluxdu və onlardan təxminən 10% -i öldü.
Orta Şərq tənəffüs sindromu
2012-ci ilin sentyabr ayında əvvəlcə Novel Koronavirus 2012 adlanan və indi rəsmi olaraq Orta Şərq tənəffüs sindromu koronavirusu (MERS-CoV) adı verilən yeni bir növ koronavirus təyin edildi. Ümumdünya Səhiyyə Təşkilatı çox keçmədən qlobal səviyyədə həyəcan təbili çaldı. ÜST-nın 28 sentyabr 2012-ci il tarixli bəyannəməsində qeyd edilib ki virusun insandan insana asanlıqla keçməsi mümkün deyil. Ancaq 12 may 2013-cü ildə Fransada virusun insandan insana keçməsi Fransa Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndi.Nouveau coronavirus – Point de situation : Un nouveau cas d’infection confirmé (Novel coronavirus – Status report: A new case of confirmed infection) 12 may 2013, social-sante.gouv.fr Bundan əlavə, Tunisdə Səhiyyə Nazirliyi tərəfindən insandan insana keçmə hallarının olduğu bildirildi. Qətər və Səudiyyə Ərəbistanına səfərdən sonra xəstələnən insanlarda bu virusun insandan insana keçməsi təsdiq edildi. Buna baxmayaraq, virusun insandan insana yayılması problemi ortaya çıxdı, çünki yoluxmuş insanların əksəriyyəti virusu yaymırdı. 30 oktyabr 2013 tarixinə qədər Səudiyyə Ərəbistanında 124 yoluxuma və 52 ölüm hadisəsi baş verdi.