Karl Fridrix Mixael Bents (; ) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır.

Həyatı Karl Fridrix Bents 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karl Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır.

Karyerası Karl Bents öz emalatxanasında yeni daxiliyanma mühərrikləri yaratmağa başlayır. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent alır. Tezliklə, Karl Bents gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini - sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru - patentləşdirur.

İstinadlar

Kateqoriya:Almaniya mühəndisləri Kateqoriya:Almaniya ixtiraçıları Kateqoriya:Mercedes-Benz Kateqoriya:Baden-Vürtemberqdə dəfn olunanlar Kateqoriya:Alimlər