Sima Abbas qızı Ağayeva () — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006)

Həyat və yaradıcılığı Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir.

Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları