Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir.

Ərazisi Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir.Правительство РД: Муниципальные районы и городские округа » Список районов » :Дербентский район Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır. Rayon 1921-ci ildə təşkil edilmişdir. İnzibati mərkəzi Dərbənd şəhəridir. Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir. Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir. Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür. Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.

Əhali Rayon ərazisində 2-si qəsəbə, 38-i kənd olmaqla 40 yaşayış məntəqəsi mövcuddur. Ümumi rayon əhalisinin 58,09%-ni, rayonda yerləşən şəhər tipli qəsəbələrdə yaşayan şəhər əhalisinin 11,26%-ni, kəndlərdə yaşayan əhalinin isə 72,14%-ni etnik azərbaycanlılar təşkil edirlər. Rayon əhalisinin 65%-i kənd təsərrüfatında, 20%-i yüngül yeyinti sənayesində, 15%-i isə xidmət sektorunda çalışır. Kənd təsərrüfatında istehsal olunan ümumi məhsulunun içərisində əkinçiliyin xüsusi çəkisi 83%, heyvandarlığın xüsusi çəkisi isə 17% təşkil edir. Yüngül sənaye rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı istiqamətində ixtisaslaşmışdır. Bu tip müəssisələr içərisində şərab istehsalı ilə məşğul olan iri zavodlar istehsalın həcminə görə fərqlənirlər. Rayonda 47 orta məktəb, 16 məktəbəqədər müəssisə, 6 musiqi məktəbi, 1 texniki-peşə məktəbi və 36 kitabxana fəaliyyət göstərməkdədir.

Etnik tərkib +Etnik tərkib (2002 sa.)Ethno-Caucasus, Этнодемография Кавказа: Население Дагестана :Дербентский район (2002 г) +Распределение евреев, горских евреев и татов по по административно-территориальным единицам Республики Дагестан (2002 г.) Etnik qrup Cəmi Şəhər Kənd cəmi86 49419 95866 536 azərbaycanlı50 2472 24847 999 ləzgi16 27810 7075 571 tabasaranlı9 2292 3706 859 dargin6 8282 8064 022 ağul1 8486171 231 rus651379272 qumuq384259125 rutul365224141 lak27218092 avar743341 dağ yəhudisi24...24 tat20...20 yəhudi7...7 noqay523 çeçen413 saxur22...

Yaşayış məntəqələri üzrə +Yaşayış məntəqələri üzrə etnik tərkib, 2017-ci il sa.web.archive.org/web/20170731141731/http://www.gks.ru/free_doc/doc_2017/bul_dr/mun_obr2017.rar Adı Əhali Azərbaycanlılar Ləzgilər Tabasaranlılar Dargilər Ağullar Ruslar Qumuqlar Cəmi86 49458.09 %18.82 % Belici (qəsəbə)11 58490.00 % Hecux6 36772.00 %8.00 %15.00 % Vəlikənd3 755100.00 % Rükəl3 026100.00 % Belici (kənd)3 01166.00 %11.00 %22.00 % Bərikəy2 80589.00 % Dəliçoban2 17383.00 % Əğlabi2 03740.00 %57.00 % Ərəblər1 78512.00 %39.00 %36.00 % Bilhədi61099.00 % Andreyevka31972.00 % Vavilovo23026.00 %28.00 %36.00 %

Bələdiyyələr Rayon ərazisində 2-si qəsəbə, 27-si kənd bələdiyyəsi olmaqla 29 bələdiyyə yerləşir. 27 kənd bələdiyyəsi 38 kənd yaşayış məntəqəsini əhatə etməkdədir.Официальный сайт Президента Республики Дагестан :Дербентский район. Qəsəbə bələdiyyələri: Belici qəsəbə bələdiyyəsi (Belici qəsəbəsi) Məmmədqala qəsəbə bələdiyyəsi (Məmmədqala qəsəbəsi) Kənd bələdiyyələri: Əğlabi bələdiyyəsi (Əğlabi kəndi) Ərəblər bələdiyyəsi (Ərəblər kəndi) Belici bələdiyyəsi (Belici kəndi) Bərəkəy bələdiyyəsi (Bərəkəy kəndi, Segelər kəndi) Vəlikənd bələdiyyəsi (Vəlikənd) Gecux bələdiyyəsi (Gecux kəndi) Dəliçoban bələdiyyəsi (Dəliçoban kəndi) Yuxarı Calğan bələdiyyəsi (Yuxarı Calğan kəndi) Cəmikənd bələdiyyəsi (Cəmikənd) Zidyan-Qazmalar bələdiyyəsi (Zidyan-Qazmalar kəndi, Zidyan kəndi) Qala bələdiyyəsi (Qala kəndi) Qullar bələdiyəsi (Qullar kəndi) Mitağı bələdiyyəsi (Mitəhi kəndi) Mitağı-Qazmalar bələdiyyəsi (Mitəhi-Qazmalar kəndi) Muğartı bələdiyyəsi (Muğartı kəndi) Müzayim bələdiyyəsi (Müzayim kəndi) Nüğdi bələdiyyəsi (Nüğdi kəndi) Padar bələdiyyəsi (Padar kəndi) Pervomaysk bələdiyyəsi (Miçurino kəndi, Andreevka kəndi, Yunıy Paxar kəndi, Rıbzavod-51 kəndi) Rubas bələdiyyəsi (Rubas kəndi, Kommuna kəndi) Rükəl bələdiyyəsi (Rükəl kəndi) Sabnova bələdiyyəsi (Sabnova kəndi) Səlik bələdiyyəsi (Səlik kəndi) Tatlar bələdiyyəsi (Tatlar kəndi, Qaradağlı kəndi) Ullu-Tərəkəmə bələdiyyəsi (Ullu-Tərəkəmə kəndi) Xəzər bələdiyyəsi (Xəzər kəndi, Aşağı Calğan kəndi, Vavilovo kəndi, Düzlər kəndi) Çinar bələdiyyəsi (Çinar kəndi, Bilhədi kəndi)

Yaşayış məntəqələri +Yaşayış məntəqələri (2002-ci il s.a.) MəntəqəОфициальный сайт Президента Республики Дагестан :Дербентский район Əhalisi Dərbənd r.86 494 Belici q.11 584 Məmmədqala q.8 374 Hecux k.6 367 Çinar k.4 357 Vəlikənd k.3 755 Xəzər k.3 490 Sabnova k.3 361 Rubas k.3 326 Belici k.3 011 Bərikəy k.2 805 Rukel k.2 682 Cəmikənd k.2 337 Padar k.2 120 Dəliçoban k.2 173 Ağlobi k.2 037 Səlik k.1 811 Ərəblər k.1 785 Nüğdi k.1 700 Ullu-Tərəkəmə k.1 308 Tatlar k.1 208 Qaradağlı k.779 Yunıy Paxar k.467 Andreyevka k.319 Segelər k.206

İstinadlar

Xarici keçidlər Официальный сайт Дербентского района Time Turk :Dağıstanda yaşayan azərbaycanlı əhalinin sayı çoxalır

Kateqoriya:Dağıstan rayonları Kateqoriya:Dərbənd rayonu Kateqoriya:1921-ci ildə yaranmış dövlətlər və ərazilər