Bua-de-Vo qəbiristanlığı () — İsveçrənin Lozanna şəhərinin mərkəzi nekropollarından biri.
Qəbiristanlıq milli əhəmiyyətli mədəni irs kimi tanınır ().
Tarixi Qəbiristanlığın açılması qərarı XX əsrin əvvəllərində, Lozannanın digər qəbiristanlıqlarında dəfn üçün, demək olar ki, yer qalmadığı üçün qəbul edildi. Yeni nekropolun memarlıq dizaynı üçün müsabiqə elan edildi, qalib Alfons Laverryer oldu. Parisdəki Per-Laşez qəbiristanlığından ilham alan Laverryer, 1922-ci ildən 1951-ci ilə qədər qəbiristanlığın ümumi konsepsiyası üzərində işləmişdir: Bua-de-Vonun mərkəzində fəvvarə və güllüyü olan park sahəsi düzəltdi, eyni zamanda öz məzarının və bir sıra digər məzar daşlarının layihəsini hazırladı.
Hazırda dəfnlərin ümumi sayı 26 minə çatır. Müasir Olimpiya Oyunlarının qurucusu Pyer de Kuberten və Koko Şanel də daxil olmaqla bir çox məşhur insanlar burada dəfn olunmuşdur.
Şəhərdə dəfn edilməsini istəyən ABŞ yepiskopu Çarlz Brent 1929-cu ildə Lozanna şəhərində vəfat edəndə, hakimiyyət qəbiristanlıqda tanınmış əcnəbilərin dəfn edilməsi üçün bir yer ayırmışdıAlexander Clinton Zabriskie Bishop Brent, crusader for Christian unity (1948), p. 196..
Görkəmli qəbirlər
Ejen Violle-de-Dük (1814–1879), 18-ci ərazi, hissə 101 Pyer de Kuberten (1863–1937), 9-cu ərazi, hissə 153-154David Arscott, The Olympics, A Very Peculiar History (2011), p. 40 Koko Şanel (1883–1971), 9-cu ərazi, hissə 130Swiss News (1998), p. 43: "Chanel's grave in the Bois de Vaux Cemetery, Lausanne, is in plot No. 130 0/9."
İstinadlar
Kateqoriya:Bua-de-Vo qəbiristanlığı