Asəf Lənbərani — şair.

Həyatı

Asəf Lənbərani 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şair idi. Asəf təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında ədəbiyyatşünas Salman Mümtaz araşdırma aparmışdı.

Yaradıcılığı

Asəf Lənbəraninin bir neçə qəzəli və bir müxəmməsi Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiq" təzkirəsində verilmişdir. İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Bərdə rayonunda doğulanlar