Otar Çiladze (Gürcücə: ოთარ ჭილაძე; ) — gürcü şair və yazıçı.Stalindən sonrakı dövrdə gürcü ədəbiyyatının dirçəlişində əhəmiyyətli rol oynamışdır. Romanlarında Şumer və Yunan mifologiyasından çox istifadə etmişdir.

Həyatı Çiladze Gürcüstanın şərqində Kaxeti bölgəsində yerləşən Siğnaği şəhərində anadan olub.Tbilisi Dövlət Universitetində oxuduqdan sonra 1956-cı ildə jurnalist oldu.Əsərləri, xüsusilə şeirləri 1950-ci illərdə çap olunmağa başladı.Bu dövrdə Tiflisdə ədəbiyyat jurnalisti olaraq çalışdı və jurnallara rəhbərlik etdi.1972-73 illəri arasında uzun bir seriyada nəşr olunan "Yolda bir adam gedirdi" (გზაზე ერთი კაცი მიდიოდა),"Məni tapan hər kəs" ,"Avelum"(1995) kimi romanlarla daha da məşhurlaşdı.1997-ci ildə Mnatobi jurnalının baş redaktoru oldu.Çiladze bir çox şeir və pyesini də nəşr etdirmişdir.

Mükafatlar Şota Rustaveli mükafatı(1983)

Gürcüstan şərəf medaı(1993)

Ən yaxşı roman mükafatı(2003)

Əsərləri "Yolda bir adam gedirdi"

"Məni tapan hər kəs"

"Avelum"

"Mart Xoruzu"

"Dəmir teatr"

İstinadlar

Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan dramaturqları Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:SSRİ xalq deputatları