Ülfət İsmayıl qızı Bədəlbəyli () — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i, professor (2010), filologiya elmləri doktoru (2005).

Həyat 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır

Təhsili və elmi dərəcə və elmi adları 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur

Ölümü Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdirBDU-nun professoru vəfat edib.

Fəaliyyəti

Əmək fəaliyyəti 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti. 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim. 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim. 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti. 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi. 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru.

İctimai fəaliyyəti 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub. 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü. 2004-cü ildən BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının üzvü.

Tədqiqat sahəsi Dünya ədəbiyyatı, ingilis ədəbiyyatı, ədəbi əlaqələr.

İştirak etdiyi konfranslar, treninqlər 1982, Bakı, Azərbaycan. Şekspir inqilabdanəvvəlki Azərbaycan tənqidində // ADU nəşri, Azərbaycan Ali məktəb aspirantlarının V Respublika elmi konfransı 1982, Bakı, Azərbaycan. Erkən italiya İntibahı və Şərq // Respublika Elmi Konfransının materialları. Bakı, BDU nəşriyyatı 1983, Bakı, Azərbaycan. Şekspir Azərbaycan sovet tənqidində (20-ci illər) // ADU nəşri, Azərbaycan sovet tənqidinin problemləri, Elmi nəzəri konfrans 1991, Bakı, Azərbaycan. Şekspir faciələrində Şərq folkloru // Azərbaycan folklorunun aktual problemləri. Elmi konfransının materialları, Bakı, BDU nəşri Bakı, Azərbaycan. Nizami irsi İngilis İntibahı ədəbiyyatında. ("Leyli və Məcnun" və "Romeo və Cülyetta") // İkinci Bakı Beynəlxalq simpoziumu. BBS-95, Bakı. 1996, Ankara, Türkiyə. Türk folkloru rus araşdırmalarında // V uluslararası xalq kulturu konqressi 1997, Bolu, Türkiyə. "Köroğlu" Avropada // Bolu və "Köroğlu" simpoziumu, Abant İzzət Baysa Universiteti 1998, Bakı, Azərbaycan. İngilis klassik dramaturgiyası Azərbaycanda // IV Bakı Beynəlxalq simpoziumu 2000, Eskişehir, Türkiyə. Yunus Emrenin İngilis sentimental poeziyası ilə səsləşməsi // VIII uluslarasıtürk xalq ədəbiyyatı seminarı 2001, Eskişehir, Türkiyə. Meracnamə və Dantenin "İlahi komediyası" // VII uluslarası türk xalq ədəbiyyatı seminarı 2002, Bakı, Azərbaycan. "Obramlyonnaya povest" janrının Şərq kökləri // "Ənənə və qloballaşma". Beynəlxalq elmi simpozium. AMEA, (qrifli nəşr) 2002, Bakı, Azərbaycan. Antik ədəbiyyatda Şərq // "Context" Azərbaycan-Avropa ədəbi mədəni əlaqələri mərkəzi. 2009, Bakı, Azərbaycan. Концепция Востока в творчестве Шекспира, Şərq İntibah ədəbiyyatınınbəzi nəzəri problemləri, Azərbaycanın görkəmli alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda Respublika Elmi Konfransı 2009, Ankara, Türkiye. Mevlanə Cəlaləddin Rumi. "Çağrı" kültür, Sanat, Folklor Dergisi. Sayı 591 2013, Bakı, Azərbaycan. "Tomas Mann və Şekspir" Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş filologiyanın aktual problemləri mövzusunda elmi-nəzəri konfrans. 2014, Bakı, Azərbaycan. "Yusif və onun qardaşları. Allah, zaman və insan haqqında pritça". Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans. 2014, Bakı, Azərbaycan. " Şekspir Yaponiyada". Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual məsələləri mövzusunda Respublika elmi-nəzəri konfransı

Çap olunmuş əsərləri

Kitabları 1993 – "Şekspir Azərbaycanda". Bakı (rus dilində) 2000 – "İngilis İntibahı və Şərq". BDU nəşri 2005 – "Dünya ədəbiyyatı tədris proqramı". 5 hissə. Bakalavr və magistr pillələri üçün. (rus dilində)

Metodik göstəriş və proqramlar 1983, Şekspir. Metodik göstəriş. ADU 2005, Dünya ədəbiyyatı tədris proqramı (rus dilində). V hissə.((bakalavr və magistr pilləsi üçün proqram) 2016, Dünya ədəbiyyatı (klassik dövr). (proqram) 2016, Dünya ədəbiyyatı (müasir dövr). (proqram) 2018, Dünya ədəbiyyatının ən yeni dövrü (postmodernizm) (magistratura pilləsi üçün proqram)

Məqalələr 1984, Azərbaycan dramaturgiyasının inkişafında klassik ənənələrin rolu (Şekspir və Cabbarlı) 19 Metodik göstəriş və proqramlar Moemin "Şərq hekayələri" // Ədəbi əlaqələr. Toplu 3, Bakı, səh. 336–342 2009, Türkiyə. "Şair Jerar de Nervalin yaradıcılığında Şərq mövzusu" // "Kumru" jurnalı, Tarih, mədəniyyət, sənət, ədəbiyyat dərgisi. LSSN.1309–8608, No 2, s.34–36 2009, "Chaucer və Şərq" // "Dil və ədəbiyyat" Beynəlxalq Emi-nəzəri jurnal. No4 (58), s.98–99. 2009, "Şou və Şekspir " // Bakı Universitetinin xəbərləri, ISSN. 1609–0586, humanitar elmlər seriyası, Bakı, No 4, s.31–35 2010, "Şərqdə çay mərasimi". Folklor və etnoqrafiya // Beynəlxalq elmi-nəzəri jurnal. No1, s.40–45 2011, "Ketrin Mensfildin qısa hekayələri" // Dil və Ədəbiyyat, No2 (82), s.130–132 2011, "Alman maarifçiləri Şekspir haqqında" // Filologiya məsələləri jurnalı, AMEA-nın M. Füzuli adına əlyazmaları institutu, Bakı, No 6. 2012, "Umberto Eko — 80" // Filologiya məsələləri, No9. s.329–333. 2013, Роман Джоно Фаулза "Коллекционер" // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal No 4 (88) Bakı, səh.183 −184 2015, Yaponiya Rusiya poeziyasının "gümüş dövrü" şairlərinin yaradıcılığında // Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal, 3 (95), Bakı Dövlət Universiteti, Bakı. 2015, Latın Amerika və Azərbaycan nəsrində XX əsrdə Fantastik reallıq Dünyası" // Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2 (94), Bakı Dövlət Universiteti, Bakı.

İstinadlar

Xarici keçidlər Bədəkbəyli Ülfət — Milli Ensiklopediya