İsidora Sekuliç ( ) — Yuqoslaviyanın serb əsilli yazıçısı, tərcüməçi, ədəbiyyatşünas. Elmlər doktoru. Serbiya Elmlər və İncəsənət Akademiyasının ilk qadın akademiki (1950). XX əsrin birinci yarısının ən məşhur serb yazıçısı.

Bioqrafiyası 1892-ci ildə Budapeştdə müəllimlər seminariyasını bitirib və bir müddət müəllim işləyib. 1922-ci ildə Almaniyada doktorluq dərəcəsi almışdır.

Avropaya bir neçə dəfə səyahət edərək, uzun müddət İngiltərə, Fransa və Norveçdə yaşamışdır. Poliqlot olmuşdur. Bir neçə klassik, eyni zamanda doqquz müasir dildə danışa bilirdi.

1939-cu ilin fevral ayından Serbiya Kral Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. 1950-ci ildə Serbiya Elmlər və İncəsənət Akademiyasının ilk qadın akademiki olur.

100 ən məşhur serb arasında adı hallandırılır"100 најзнаменитијих Срба" . 1993. (ISBN 978-86-82273-08-0.).

Yaradıcılıq İsidora Sekuliç lirik-assosiativ nəsr ustası olmuşdur. Musiqi, teatr, incəsənət, memarlıq, ədəbiyyat və fəlsəfə sahəsində tənqidi məqalə və əsərlərin müəllifidir. Yuqoslaviya, Rus, İngilis, Alman, Fransız, İtalyan, Norveç və digər ədəbiyyatlara dair bir sıra araşdırmalar aparmışdır.

Tənqidçilər İsidora Sekuliç haqqında yazırdılar:o dövrdə bütün Avropada belə bir mədəniyyətə sahib olan iki və ya üç qadın tapılar.

Serbiyada ilk qadın peşəkar yazıçı, bir neçə Avropa dillərindən tərcüməçi, bir mütəxəssis və rus klassiklərinin pərəstişkarıdır. İstedadlı bir nəsr yazıçısıdır. Karyerasının əvvəlində onu həddən artıq ziyalılıq və quru üslubda ittiham edən tənqidçilərin, kişi şovinizmindən çox əziyyət çəkmişdir, lakin İsidora Sekuliç həyatının son illərində Yuqoslaviyanın ədəbi gəncliyi köhnə mədəniyyətin sevilən parçası oldu.

Sekuliçin ən populyar kitabı "Norveçdən gələn məktublar" olmuşdur.

Seçilmiş əsərləri Сапутници (1913) Писма из Норвешке (1914) Из прошлости (1919) Ђакон Богородичине цркве (1919) Кроника паланачког гробља (1940) Записи (1941) Аналитички тренуци и теме, т. 1–3 (1941) Записи о моме народу (1948) Његошу књига дубоке оданости (1951) ''Говор и језик, културна смотра народа

İsidora Sekuliçin adı ilə bağlı olaraq ədəbi mükafatda təsis edilmişdir.

İstinadlar

Kateqoriya:Serb dilində yazan yazıçılar Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Yuqoslaviya yazıçıları Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Poliqlotlar