thumb|Belarus regionları. XIX–XX əsrin əvvələri: Ponemane () — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Neman çayının adı ilə adlandırılmışdır. Belarusda çay Neyman kimi adlanılır. Qrodno vilayətini, elcə də Brest və Minsk vilayətlərinə bitişik hissələri əhatə edir. Ponemanedən cənubda Qərbi Polosye, şərqdə və şiaml-şərqdə Mərkəzi Belarus, Poozere yerləşir.

Tarixi Neman hövzəsindəki slavyan yaşayış məskənlərinin formalaşması, tədqiqatçıların fikrinə görə 1-ci min illiyin ikinci yarısına təsadüf edirГуревич Ф. Д. Древности Белорусского Понеманья. — Москва — Ленинград, 1962. — С. 144.. Arxeoloqlar hesab edirlər ki, bu zaman bölgədə çox az baltikyanı kəndlərin olması diqqəti cəlb edirdi. V. Titovun 18 cildlik Belarus Ensiklopediyasındakı yazdığı məqaləyə görə, bölgə əhalisi assimilyasiya etmiş litvinlərin, yatvyaqların, prussların, tatarların və digər etnik qrupların iştirakı ilə slavyan etnogenetik əsasda inkişaf etmişdirЦітоў В. С. Панямонне // Беларуская энцыклапедыя: У 18 т. Т. 12: Палікрат — Праметэй / рэд. Г. П. Пашкоў і інш. — Мн.: БелЭн., 2001. — 576 с.: іл. ISBN 985-11-0198-2 (т. 12), ISBN 985-11-0035-8. — С. 58–59..

Arxeoloqlar F. Qureviş və J. Zveruqo görə X–XI əsrlərdə Yuxarı Ponemaniyanın slavyan əhalisi müxtəlif etnik qrupların qarşmasından meydana gəlmişdir: dreqoviçi, volınyane, mazovşane, drevlyan və kriviçiГуревич Ф. Д. Древности Белорусского Понеманья. — М., Л., 1962. — С. 97–111, 135–137; Зверуго Я. Г. Верхнее Понеманье в IХ-ХII вв. — Минск, 1989. — С. 99–110; Кибинь, А. С. От Ятвязи до Литвы: Русское пограничье с ятвягами и литвой в X–XIII веках — М., 2014. — С. 30..

Orta əsrlərdə Ponemane Litva adı ilə tanınırdı, eyni zamanda bölgəni Qara Rus (Чёрная Русь) termini ilə də adlandırırdılar. X əsrin sonu XI əsrin birinci yarısında Ponemane Kiev Rus dövlətinin bir hissəsi oldu. XII–XIII əsrin birinci yarısında bölgə Qalisiko-Volın və Polotsk knyazlıqlarının təsir dairəsində idi. XIII əsrdə Ponemane Böyük Litva knyazlığının yaranması zamanında tarixi hadisələrin mərkəzində idi. XIII–XVIII əsrlərdə, Böyük Litva knyazlığının mövcud olduğu dövrdə, baltik-slavyan təmasları boyunca Belarusun bu bölgəsi xüsusi etnik xüsusiyyətinə sahib oldu və müasir Belarusiyada ayrıca bir tarixi və etnoqrafik bölgə kimi fərqlənir.Цітоў B. C. Народная спадчына: Матэрыяльная культура ў лакальна-тыпалагічнай разнастайнасці. — Мн., 1994. — С. 258–279

İstinadlar

Kateqoriya:Belarusun tarixi vilayətləri