Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov () — Çar ordusunun polkovniki, Aşqabadın general-qubernatoru.

Həyatı Hacı bəy Mirzə Zeynal bəy oğlu 1847-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Saracıq kəndində anadan olmuşdur.

İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Rus ordusunda hərbi xidmətə başlamış, polkovnik rütbəsinədək yüksəlmişdi.

Son xidmət yeri Türküstan Hərbi Dairəsi olmuşdu və orada Aşqabadın general-qubernatoru vəzifəsini icra etmişdi.

Hacı bəy Sultanov doğma kəndində olarkən 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüşdü.

Hacı bəyin Məhəmməd bəy adlı oğlu vardı. Məhəmməd bəyin Hafiz və Soltan adlı oğulları olub. Hər iki oğlunun övladları sağdır (Elçin, Şahin, Samir Sultanovlar).

Mənbə Ənvər Çingizoğlu, Qarabağ hərbçiləri, Bakı:Təknur, 2011,-312 səh. Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.

Həmçinin bax

Kateqoriya:Sultanovlar (Xırdapara-Dizaq)