Lorenso di Pyero de Mediçi "Möhtəşəm" (; 1.1.1449, Florensiya - 8.4.1492, Karedci) — italyan dövlət xadimi, Florensiya Respublikasınn de-fakto hakimi və İtaliyada İntibah mədəniyyətinin ən güclü və intuziast hamisi. Müasir florentinlər tərəfindən həm də Möhtəşəm Lorenso () kimi tanınan dövlət xadimi, eyni zamanda maqnat, diplomat, siyasətçi və alim, sənətkar və şairlərin hamisi olmuşdur. Hami kimi o daha çox Botiçelli və Mikelancelonun təhsil və yaradıcılığını maliyyələşdirməsi ilə məşhurdur. Siyasətçi kimi Lorensonun fəaliyyəti İtaliya Liqası dövlətlərinin gücləndirilməsi, alyans ölkələrinin əməkdaşlığını yaratmaqla İtaliya yarımadasında on illərlə davam edən siyasi sabitliyə nail olunması ilə xarakterikdir. Onun yaşam dövrü İtaliya intibahı və Florensiya Qızıl dövrünün əsas hissəsini təşkil edir.

Xarici siyasətdə Lorenso, Papa IV Sikstin ərazi ambisiyalarının qarşısını almaq üçün 1454-cü ildə İtaliya Liqasında balansın saxlanılması üçün dəqiq plan təklif etməsi ilə yadda qalıb. Buna görə də ona qarşı Patsi qəsdçiliyi (1478) törədilir və nəticədə Lorensonun qardaşı Culyano öldürülür.

Lorensonun ölümü ilə müxtəlif italyan dövlətləri arasında sülhü təmin edən Lodi sülhü (1454) pozulur. Lorenso Mediçi Florensiyadakı Mediçi kapellasında dəfn edilmişdir.

Həyatı Gəncliyi, təhsili və erkən fəaliyyəti 190px|thumb|left|Gənc Lorensonun ehtimal edilən portreti. Benoçço Qoççoli tərəfindən Maqların ibadəti kapellasında çəkilmiş eyni adlı freskadan detal. 1459-1461. Lorensonun babası Kozimo Mediçi Florensiya Respublikası və Mediçi bankına rəhbərlik edən ilk sülalə üzvü olmuşdur. Avropanın ən zəngin insanlarından biri olan Kozimo var-dövlətinin əsas hissəsini dövlətə və filantropiyaya sərf edirdi, məsələn, incəsənətə hamilik edir və ictimai işləri maliyyələşdirirdi.Hugh Ross Williamson, Lorenzo the Magnificent, Michael Joseph, (1974), Lorensonun atası Pyero di Kozimo Mediçi də eyni dərəcədə Florensiyanın vətəndaş həyatının mərkəzində dayanmış, messenat və kolleksioner olmuş, Lorensonun əmisi Covanni di Kozimo Mediçi isə ailənin işgüzarlıq məsələlərini həll etmişdir. Lorensonun anası Lukresiya Tornabuoni sonetlər yazmış və Mediçi Akademiyasındakı şairlər və filosoflarla dostluq etmişdir. Atası və əmisinin ölümündən sonra anası Lorensonun məsləhətçisi olmuşdur.

Lukresiya və Pyeronun beş övladından ən uğur vəd edəni olan Lorenso diplomat və yepiskop Centile de Beççi və humanist filosof Marsilio Fiçinodan təhsil almış, Con Arqiropulosdan isə yunan dilini öyrənmişdir. Lorenso qardaşı Culyano ilə birlikdə cəngavər yarışları, qırğı uçurma yarışları, ovçuluq, Siena Paliosunda at çapma yarışlarında iştirak etmişdir.

1469-cu ildə 19 yaşında olarkən Lorenso, Mediçilər tərəfindən təşkil edilmiş boks yarışında ilk mükafatını qazanmışdır. Bu döyüş qarşılaşması Luici Pulçi tərəfindən yazılmış şeirin mövzusu olmuşdur. Bu hadisədən bəhs edən Nikkolo Makiavelli isə ehtimal ki, sarkazmla yazır ki, o, “sevmli olduğuna görə yox, öz döyüş qabiliyyəti və hünəri sayəsində qalib gəlmişdir.” O, Verrokkyo tərəfindən çəkilmiş bayrağı dalğalandırmış, atı isə Morello di Vento adlandırılmışdır.Christopher Hibbert, chapter 9

Gənclik illərindən başlayaraq atası Pyero Lorensonu bir çox siyasi baxımdan əhəmiyyətli səfərlərə yola salır. Roma səfəri zamanı isə Lorenso Roma papası da daxil olmaqla Papa dövlətinin mühüm siyasi və dini xadimləri ilə görüşərək danışıqlar aparır.Niccolò Machiavelli, History of Florence, Book VIII, Chpt. 7.

Lorensonun xarici görünüşünü təsvir edən mənbələr onun kifayət qədər sadə görünüşə malik olduğunu qeyd edirlər. Lorenso Mediçi orta boylu, qısa ayaqlı və geniş bədənli, tünd saç və göz rəngli, qabarıq burunludar açılan gözlü və cingiltili səsli olmuşdur. Lorensodan fərqli olaraq, qardaşı Culyano daha düz üz cizgilərinə malik olmuş, yaraşıqlı hesab edilmiş və “qızıl oğlan” kimi tanınmışdır. Bottiçelli özünün “Mars və Venera” əsərində Mars obrazın yaradarkən Culyanonun obrazından ilhamlanmışdır.Hugh Ross Williamson, p. 70 Hətta Lorensonun yaxın dostu Nikkolo Valori də onu çirkin kimi təsvir edərək yazır: “Xarici görünüşünü nəzərə alsaq təbiətin ona ögey ana kimi yanaşdığını düşünmək olar, lakin, ağıl və zəka ilə bağlı bütün sahələrdə o, sevən və qayğıkeş ana kimi davranmışdır. Onun üzünün dərisi tünd rəngli idi, üzü gözəl olmasa da o qədər ləyaqətlə dolu idi ki, hörmət və ehtiram hissi doğururdu.”Janet Ross. "Florentine Palaces & Their Stories". 14 August 2016. Page 250.

Evliliyi və ailəsi 200px|thumb|right|Domeniko Girlandayo - Klariçe Orsininin portreti, 1494, İrlandiya Milli Qalereyası 7 fevral 1469-cu ildə Lorenso etibarnamə əsasında Klariçe Orsini ilə ailə qurmuşdur. Mərasim 4 iyun 1469-cu ildə Florensiyada baş tutmuşdur. Klariçe, Monterotondo və Braççiano hakimi olan Ciakomo Orsini və Maddalena Orsinin qızı idi. Lorenso və Klariçenin 10 uşağı olmuş və Kontessina Antoniya xaric olmaqla hamısı Florensiyada doğulmuşdur:

Lukresiya Mariya Romola Mediçi (1470 - 1553) – 10 sentyabr 486-cı ildə Yakopo Salviati ilə evlənmiş və 10 uşaq dünyaya gətirmişdir. Onun övladlarından Kardinal Covanni Salviati, Kardinal Bernardo Salviati, Mariya Salviati (Toskana böyük hersoqu I Kozimonun anası) və Françeska Salviati (Roma Papası XI Levin anası) məşhurdur. Doğulduqdan sonra vəfat edən əkizlər (mart 1471) Pyero di Lorenso Mediçi (1472 – 1503) – “Axmaq” ləqəbi ilə tanınıb, atasının ölümündən sonra Florensiyanı idarə edib. Mariya Maddalena Romola Mediçi (1473 – 1528) – 25 fevral 1487-ci ildə Françesketto Çibo ilə (Roma Papası VIII İnnokentinin qeyri-qanuni oğlu) evlənmiş və 7 uşaq dünyaya gətirmişdir. Kontessina Beatriçe Mediçi – doğumundan qısa müddət sonra 23 sentyabr 1474-cü ildə vəfat etmişdir. Covanni di Lorenso Mediçi (1475-1521) – 1513-cü ildə X Lev adı ilə Roma Papası olmuşdur.J.N.D. Kelly, The Oxford Dictionary of Popes (Oxford 1986), p. 256. Luiza Mediçi (1477-1488) – həm də “Luiciya” kimi tanınmışdır, Covanni Mediçi il Popolanoya vəd edilmiş, lakin gənc yaşda vəfat etmişdir. Kontessina Antoniya Romola Mediçi (1478-1515) – Pistoyada doğulmuş, 1494-cü ildə Pyero Ridolfi (1467-1525) ilə evlənmiş və 5 uşaq dünyaya gətirmişdir. Övladlarından Kardinal Nikkolo Ridolfi məşhurdur. Culyano di Lorenso Mediçi (1479-1516) – 1515-ci ildə Fransa kralı I Fransisk tərəfindən Nemur hersoqu elan edilmişdir.

Lorenso qardaşı oğlu Culyo di Culyano Mediçini (1478-1534) övladlığa götürmüşdür. 1523-cü ildə dörd il Florensiya hakimi olduqdan sonra Culyo VII Klement adı ilə Roma Papası elan edilmişdir.

Son illəri və ölümü 200px|thumb|left|Lorensonun ölümündən sonra Corco Vazari tərəfindən çəkilmiş portreti, təxm. 1533-1534, Uffitsi qalereyası Lorensonun hakimiyyəti dövründə ailə bankının bir neçə filialı problemli kreditlərə görə müflis olaraq bağlanmışdır. Həyatının son illərində Lorenso maddi çətinliklərlə üzləşmiş və dövlət pullarını qeyri-qanuni yolla xərcləməyə başlamışdır.

Lorensonun həyatının sonlarına yaxın Florensiya Savonarolanın təsiri altına düşür. Savonarola xristianların həddən artıq Yunan-Roma mədəniyyətinə “bulaşdıqlarını” düşünürdü. Onun Florensiyada nüfuz qazanmasında isə Lorenso rol oynamışdır.Donald Weinstein, Savonarola the Rise and Fall of a Renaissance Prophet (New Haven, 2011) Chap 5: The Magnificent Lorenzo

8 aprel 1492-ci ildə gecə vaxtı Kareccidəki köhnə ailə villasında Lorenso vəfat etmişdir. Ölüm yatağında olarkən Savonarola Lorensonu ziyarət etmişdir. Rahibin ölüm yatağında olan Lorensonu lənətləməsi məlumatı Roberto Ridolfinin “Vita di Girolamo Savonarola” adlı kitabında rədd edilir. Lorensonun vəfatının şahidi olanların yazdıqlarına görə, o, sülh içində, günün yevangeliyasını dinlədikdən sonra vəfat etmişdir. Deyilənə görə onun ölümü qəribə hadisələrlə müşahidə olunmuşdur: Florensiya kafedralının günbəzini şimşək vurmuş, ruhlar görünmüş və Via Leonedə şirlər peyda olmuşdur.Hugh Ross Williamson, p. 268. 190px|thumb|right|Möhtəşəm Lorensonun ölüm maskası, Böyük hersoqların xəzinəsi, Florensiya Lorensonun vəfatından sonra Sinyoriya və Florensiya Soveti əmr vermişdir: Bir müddət əvvəl vəfat etmiş şəhərin ən dahi şəxsi Lorenso Mediçi bütün həyatı boyunca onu qorumağa, bəzəməyə və yüksəltməyə çalışmış, həm fikirləri, həm də əməlləri ilə həmişə hakimiyyətin qulluğunda olmuşdur; dövlətin mənfəəti və azadlığı üçün heç bir çətinlik və problemdən qaçmamışdır...Xoş niyyətli adamın xatirəsi florentinlər arasında anılsın deyə Senat və şəhər sakinləri yaxın günlərdə ictimai vida mərasiminin təşkil edilməsinə qərar vermişdir. Bütün şəhər əhalisinin ümumi rifah və sülh naminə bir araya gəlməsi gözlənilir.Williamson, pp. 268–9

Lorenso qardaşı Culyano ilə birlikdə Florensiyanın San-Lorenso kilsəsində dəfn edilmişdir. Lorenso gözlənildiyi kimi Mikelancelo tərəfindən yaradılmış “Sagrestia Nuova”da yox, Pyero və Covanni Mediçilər üçün hazırlanmış qırmızı profir sarkofaqda torpağa verilmişdir. Sonuncuda Lorenso və Culyanonun daha az tanınmış iki həmadı dəfn edilmişdir: Urbino hersoqu Lorenso və Nemur hersoqu Culyano.Hugh Ross Williamson, p. 270-80 1559-cu ildə Lorenso və Culyanonun qalıqları “Sagrestia Nuova”da Mikelancelo tərəfindən hazırlanmış Madonna heykəlinin altında dəfn edilmişdir.

Lorensonun varisi “Axmaq Pyero” ləqəbi ilə tanınan böyük oğlu Pyero di Lorenso Mediçi olmuşdur. 1494-cü ildə o atasının bütün mirasını xərcləyərək Florensiyada Mediçi hakimiyyətinin bitməsinə səbəb olmuşdur. Onun oğlu Covanni X Lev adı ilə Roma Papası elan edildikdən sonra, 1512-ci ildə ispan ordusunun köməkliyi ilə şəhəri ələ almağa müvəffəq olmuşdur. Lorensonun öz oğlu kimi böyütdüyü qardaşı oğlu Culio, VII Klement adı ilə Roma Papası elan edildikdən sonra Mediçilərin Florensiyadakı hakimiyyətini rəsmiləşdirmiş və Alessandro Mediçini ilk varis hersoq elan etmişdir.

Fəaliyyəti Siyasi fəaliyyəti 200px|thumb|right|Domenika Girlandayo - Lukresiya Tornabuoninin portreti, tempera, Milli Sənət Qalereyası, Vaşinqton, ABŞ. Yaxşı təhsil görmüş, ağıllı və praqmatik qadın olan Tornabuoni həm həyat yoldaşı Pyero, həm də oğlu Lorenso üçün əsl məsləhətçi olmuşdur. 1469-cu ildə atasının ölümündən dərhal sonra iyirmi yaşlı Lorenso dövlətə rəhbərliyi öz öhdəsinə götürür. Lorensonun hakimiyyətə gəldiyi vaxtda, Mediçi bankı onun babasının inşaat layihələri, müharibələr və siyasi xərclərdən xeyli zəifləyərək borclu vəziyyətə düşmüşdü. 200px|thumb|right|Tisian Veçellio - Papa IV Sikstin portreti, Uffitsi qalereyası, Florensiya, İtaliya. Lorensonun hakimiyyətinin ilk dövrlərində onun əsas düşməni Papa IV Sikst olmuş, məhz onun himayəsi altında Cirolamo Riarionun təşkilatçılığı ilə Patsdi qəsdçiliyi baş vermişdir. Babası, atası və oğlu kimi, Lorenso da Florensiyanı surroqat hakimlər – şəhər şurası üzvlərinə rüşvət vermək və strateji qohumluq əlaqələri yaratmaqla idarə etmişdir. Mediçilərlə rəqib olan Florensiya ailələri bu dövrdə birincinin şəhərin siyasi həyatında dominant olmasından narazı idilər, hətta Lorensonun ölümündən sonra belə Mediçilərin düşməni olan ailələr Florensiya həyatına təsir edən faktor kimi qalırdılar. Mediçilərlə rəqib olan ailələrdən ən güclüsü Patsi ailəsi idi və Lorensonun hakimiyyəti dövründə məhz Patsilər Mediçilərin hakimiyyətinə son qoymağa yaxın idi.

26 aprel 1478-ci ildə Pasxa bazar günündə baş vermiş və Patsi qəsdçiliyi kimi tanınan hadisə zamanı Cirolamo Riario, Françesko Patsi və Françesko Salviatinin (Piza arxiyepiskopu) rəhbərliyi ilə Florensiyada hakimiyyəti ələ keçirmək üçün Santa-Mariya-del-Fiore kafedralında Lorenso və qardaşı Culyanoya qarşı sui-qəsd təşkil edilir. Bu zaman Salviati hamisi olan Roma Papası IV Sikstin göstərişi ilə hərəkət edirdi. Sui-qəsd nəticəsində çoxlu bıçaq zərbəsi alan Culyano vəfat edir, şair Ancelo Polisiano tərəfindən müdafiə olunan Lorenso isə yüngül boyun kəsiyi ilə canını qurtara bilir. Qəsd xəbəri bütün Florensiyaya yayılır, florentinlər qəsdçilərə divan tutaraq Piza arxiyepiskopu və Patsi ailəsinin əlaqədar üzvlərini linçləyirlər.