X sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hömranlıq etmiş sülalələrdən biri.

Ümumi məlumat Qədim Misir sülaləri haqqında bir çox məlumat Manefonun yazılarından öyrənilir. Bir çox tədqiqatçılar IX və X sülaləni eyni bir nəsil olduğu bildirirlər. Bu nəsil vaxtilə Herakleopol monarxları oliblar. Herakleopol xanədanı təxminən 185 il padşahlıq etmişlər. X sülalə e.ə 2130–2040-cı illərdə fironluq etmişdir.

Turin siyahısında Herakleopollu 18 fironun adı çəkilir. Ancaq onlardan yarısını oxumaq mümkün deyil.Sir Alan Gardiner, Egypt of the Pharaohs, Oxford University Press, 1961, pp. 112–13.

Arxeoloji tədqiqatlar X sülalənin bütün Misirdə hakim olmadığını göstərir. Beləki bu dövrdə Tebes monarxları güclənərək Aşağı Misiri özlərinə tabe edərək firon titulunu götürürlər. Nəticədə Herakleopol və Tebes sülalələri arasında mərkəzi hakimiyyət uğrunda mübarizə başlayır. XI sülalə adı ilə tanınan Tebes nəsli qalib gələrək Misiri birləşdirirlər.

Fironlar Turin siyahısında adı çəkilən 18 firondan 14-ü X sülaləyə aid edilir: Ad Qeyd III XetiIX sülalədən VII Neferkaranın oğlu. Manefon onu III Axto adlandırır. Paytaxtı Herakleopoldan Memfisə köçürüb.MerikaraTebes fironu II Mentuhotepin əsas rəqibi.VII NeferkaraAnxtifinin məzarlığında qeyd olunan Kaneferre ola bilər.Şed..Turin siyahısında adını tam oxumaq mümkün deyil.XeTurin siyahısında adını tam oxumaq mümkün deyilNebkara XetiTurin siyahısında ina aid məlumat yoxdur. Təl əl-Ratabe yazılarında adını oxmaq olmur.

İstinadlar Kateqoriya:Qədim Misir Kateqoriya:Qədim Misir tarixi Kateqoriya:Qədim Misir sülalələri