Kəlbəli xan Naxçıvanski () — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874Список генералам по старшинству на 1881 год. Исправлено по 1-е декабря. — Sankt-Peterburg., 1881, p. 615.). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin və süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur.
Hərbi xidmətə başlaması Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur..Краткий Путеводитель по Кавказскому военно-историческому музею. — Тифлис, 1911, с. 130–131. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No. 8. Qeyri-nizami bölmələr barədə: Ali komandanlıqdan. Təltif edilir: Fərqlənməyə görə: Dağlılara qarşı yürüşdə fərqləndiyinə görə Kəngərli Süvari Alayından Naxçıvan sakini, bölmə rəhbəri Kəlbəli xan.Приказы Военного Министра. 1849 год
14 aprel 1851-ci ildə o, İrəvanın qubernatorunun yanında hərbi vəzifəyə təyin edildi və 13 dekabrdan etibarən quernatorun yanında xüsusi tapşırıqlar üzrə zabit kimi çalışmağa başladı. 30 yanvar 1853-cü ildə podporuçik rütbəsinə yüksəldildi. Həmin ilin payızında Kəngərli Süvari Alayı yenidən təşkil edildi və 25 oktyabr tarixində Kəlbəli xan həmin alayın komandanı təyin edildi.
Krım müharibəsi 1853–1856-cı illər Krım müharibəsində Qafqaz korpusunun bir hissəsi kimi Kəlbəli xan da müharibənin Qafqaz-Kiçik Asiya cəbhəsi boyunca hərbi əməliyyatlarda iştirak etdi. 1854-cü ilin may ayında podporuçik Naxçıvanski İrəvan Bəy Drukinasının komandanı təyin edildi. O, bu vəzifədə öz böyük qardaşı kapitan İsmayıl xan Naxçıvanskini əvəz etmişdi.Azərbaycan Milli Elmlər Akademiyası. Tarix Muzeyi/Generallar siyahısı — Bakı, 2005, s. 30 İrəvan Bəy Drujinası rus qoşunlarının İrəvan Qeyri-müntəzəm Süvari Alayının bölməsi oldu. 1854-cü ilin 17 iyulunda 5 min nəfərlik İrəvan alayı general-leytenant Baron. Vrangelin komandanlığı altında 16 min nəfərlik Səlim paşa tabeliyindəki türk qoşununu Çınqıl Təpədə məğlub edərək, Bəyazidi ələ keçirdi. Türklərlə toqquşmada fərqləndiyinə görə Kəlbəl xan leytenant rütbəsinə yüksəldildi. Növbəti ilin 15 aprelində 17 iyul tarixindəki Çınqıl Təpə döyüşündə süvari hücumundakı cəsarətinə görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı. Cəsarəti bu cür təsvir edilirdi:
Müharibələr arası dövr 1856-cı ildə leytenant Kəlbəli xan İrəvan quberniyasını təmsil edərək. Şimali və Cənubi Qafqazdan olan digər nümayəndələrlə birlikdə, II Aleksandrın Moskvada taxta çıxma mərasiminində iştirak etdi. Həmin ilin 26 avqustunda əmrlə poruçik rütbəsinə yüksəldilmiş və Qusar Mühafizəçiləri Alayına təyin edilmişdir. Bu zaman o, İrəvan hərbi qubernatoru yanındakı vəzifəsindən ayrılmışdır.Акты, собранные Кавказской археографической комиссией / Red. Д. А. Кобякова. — Tbilisi:Глав. управ. наместника кавказского, 1888. — Т. 11. — P. 715. 1857-ci ildə, o, Qacar şahının əmri ilə II dərəcəli Şir-i Xurşud mükafatı ilə mükafatlandırılmışdır. 12 aprel 1859-cu ildə xidmət fərqlənməyə görə, ştabs-rotmistr rütbəsinə yüksəlmişdir. 3 aprel 1860-cı ildə Kəlbəli xan rotmistr rütbəsinə yüksəlmişdir. 1867-ci ilin 22 iyunundan 9 iyuluna qədər o, İrəvan quberniyasının zemstvo mühafizəsində müfəttiş olmuşdur. 19 aprel 1864-cü ildə Kəlbəli xan polkovnik rütbəsinə yüksəldilmişdir. 3 iyunda o, yenidən Qafqaz ordusunda xidmətə geri qayıtmışdır.
Rus-Osmanlı (1877–1878) müharibəsi Rus-Osmanlı (1877–1878) müharibəsi başladıqdan sonra Qafqaz Hərbi Dairəsinin 10 may 1877-ci il tarixli əmri ilə general-mayor Kəlbəli xan Naxçıvanski Qeyri-Nizami Süvari Briqadasının komandanı təyin edildi. Bu briqada İrəvan və Kurtinski qeyri-nizami dəstələrindən təşkil edilmişdi. Bu bölmə İrəvandakı rus qoşunlarının bir hissəsi idi və bu bölmənin tapşırığı sərhədi mümkün olan hücumlardan qorumaq idi. Bəyazidin Osmanlı qüvvələri tərəfindən 1877-ci ilin iyununda mühasirəyə alınmasından sonra əslində Kəlbəli xan Naxçıvanskinin dəstəsi Bəyazidlə rus komandanlığı qərərgahı arasında yerləşən yeganə xətt oldu. 5 iyunda Kəlbəli xan bir neçə yüz nəfərlik İrəvan süvarisini Bəyazid qalasındakı rus qüvvələrini gücləndirmək üçün göndərdi. Dəstəyə onun qardaşı polkovnik İsmayıl xan Naxçıvanski komandanlıq edirdi. 10 iyun 1877-ci ildə İrəvanın hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi teleqramda general-mayor Kəlbəli xan Naxçıvanski yazırdı:
Dəstəyə qüvvələri göndərilməsini gözləməyən Kəlbəli xan özü Bəyazidə doğru irəliləmək qərarına gəldi. Kəlbəli xanən 14 iyun 1877-ci ildə İrəvan hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi 54 nömrəli məruzədən:
1877-ci ilin oktyabrında İrəvan alayının bir üzvü kimi Kəlbəli xan Muxtar paşa komandanlığındakı Osmanlı qüvvələri ilə döyüşdə iştirak etdi. Bu döyüşdə Osmanlı ordusu məğlub edildi. Buna qədər həmin ordu Ərzuruma irəliləyən rus ordusunun qarşısını Dəvəboynu keçidində almaq istəyirdi. Həmin ilin 11 dekabrında, general-mayor Kəlbəli xan Müqəddəs III dərəcəli Vladimir ordeni ilə mükafatlandırıldı. 2 iyun 1878-ci ildə Kəlbəli xan I dərəcəli Müqəddəs Stanisdlav ordeni ilə də mükafatlandırıldı. Bu mükafatlandırmalar 1877-ci ilin iyununda "İrəvan alayının üzvü kimi Osmanlılarla müharibədə göstərdiyi igidliyə və cəsarətə görə verilmişdi".
13 iyul 1878-ci ildə o, II Süvari Diviziyasının komandanı təyin edildi. 8 dekabr 1878-ci ildə isə "23 oktyabr 1877-ci ildə Dəvəboynu döyüşündə göstərdiyi cəsarətə və igidliyə görə" II Aleksandr tərəfindən üzərində brilliantla "İgidliyə görə" yazılmış süvari qılıncı ilə mükafatlandırıldı. 1879-cu ilin 24 yanvarında "1877-ci ildə osmanlılarla müxtəlif vaxtlarda göstərdiyi igidliyə görə" Müqəddəs Anna ordeni ilə mükafatlandırıldı.
Son illəri 25 iyuldan 1880-ci ilin martına qədər Kəlbəli xan I Qafqaz Süvari Diviziyasının II alayının komandanı oldu. Lakin sağlamlığına görə vəzifəsini davam etdirə bilmədi və öz istəyi ilə vəzifədən ayrıldı. Alay komandanlığı vəzifəsini təhsil verən Kəlbəli xan süvari ordusuna qeydə alınaraq, Qafqaz ordusunun baş komandanı Böyük Knyaz Mixail Nikolayeviçin əmr zabiti oldu.
Kəlbəli xan Ehsan xan oğlu Naxçıvanski 1883-cü ilin aprelində, 59 yaşında və general-mayor rütbəsində olarkən vəfat etdi.
Hərbi rütbələri Praporşik (31.03.1849) Podporuçik (30.01.1853) Poruçik (04.45.1854) Ştabs-rotmistr (12.04.1859) Rotmistr (03.04.1860) Polkovnik (19.04.1864) General-mayor (14.09.1874)
Mükafatları IV dərəcəli Müqəddəs Georgi ordeni (15 aprel 1855) II dərəcəli Müqəddəs Stanislav ordeni (imperial tac ilə, 1871) IV dərəcəli Müqəddəs Vladimir ordeni (22 sentyabr 1875) III dərəcəli Müqəddəs Vladimir ordeni (11 dekabr 1877) I dərəcəli Müqəddəs Stanislav ordeni (2 iyun 1878) "İgidliyə görə" brilliantla bəzədilmiş qızıl qılınc (8 dekabr 1878) I dərəcəli Müqəddəs Anna ordeni (24 yanvar 1879) II dərəcəli Şiri Xurşid ordeni
Ailəsi O, irəvanlı mayor Əhməd xan Makinskinin qızı Xurşid (Xurşud) xanımla ailə həyatı qurmuşdur. Onların 8 övladı olmuşdur:
Zeynəb bəyim (1851-?), Bədirnisə bəyim (1853-?), Ehsan xan (1855–1894), Cəfərqulu xan (1859–1929), Şah Cahan bəyim (1860-?), Rəhim xan (1860-?), Hüseyn xan (1863–1919) və Zərintac xanım (1866-?). Zərintac bəyim avar əsilli rus generalı və bir dövrlük İrəvan qubernatoru olmuş Maqsud Əlixanov-Avarski ilə ailə həyatı qurmuşdur.
Naxçıvanskilər
Həmçinin bax Naxçıvanskilər
İstinadlar
Ədəbiyyat Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: Т-во И. Д. Сытина, 1911–1915. Anton Ludwigovich Gisetti, Сборник сведений о Георгиевских кавалерах и боевых знаков отличий Кавказских войск: в 2 частях. Томкеев В. И. Материалы для описания русско-турецкой войны 1877–1878 гг. на Кавказско-Малоазиатском театре: в 7 томах Старчевский А. А. Памятник Восточной войны 1877–1878 г Shamistan Nazirli. Azərbaycan generallar; — Baku, 1991. Ibrahim Baghirov. Ибрагим Багиров. Kəngərli tayfasının generalları — Baku, 1994.
Mənbə http://www.nakhchivan.az/portal-1/gork-sexsiyy.htm Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: 1991 Ибрагим Багиров. Генералы племени Кянгерлы. Баку: 1994 (rus dilində).
Xarici keçidlər Azərbaycan generalları — Kəlbalı xan Kəngərli http://ordubad.turizm.az/index.php?option=com_content&task=view&id=30&Itemid=58&lang=azerbaijani Большой энциклопедический словарь (БЭС). БАЯЗЕТ
Kateqoriya:Naxçıvanskilər Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları