Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا)Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904, Bakı (s.56) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.
Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir.
Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Sin sülaləsi digər xanədanlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı. Tan mədəniyyəti Böyük İpək yolu sayəsində Mesopotamiya və Afrika buynuzuna qədər geniş ərazilərə yayılmışdır. 1912-ci ildə baş vermiş Tsinxai inqilabı nəticəsində xanədanlıq hakimiyyətinə son qoyuldu və Tzin sülaləsi hakimiyyətdən düşdü. Çin vətəndaş müharibəsi 1949-cu ildə ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Çin Respublikasının yaradıldığı elan olundu. Hazırda da Çin Xalq Respublikası və beynəlxalq ictimaiyyət tərəfindən məhdud səviyyədə tanınmış Çin Respublikası arasındakı münaqişə davam edir.
1978-ci ildə Çində qəbul edilmiş iqtisadi islahatlar nəticəsində Çin iqtisadiyyatı hər il orta hesabla 6 faizlik artımla dünyanın ən tez böyüyən iqtisadiyyatıdır. 2016-cı ilə olan məlumata əsasən ÜDM-nin həcminə görə dünyada ikinci, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə ilk yeri tutmuşdur. Çin, həmçinin dünyada ən böyük ixracatçı və ikinci ən böyük idxalatçı hesab olunur. Ölkə hazırda nüvə dövləti olaraq tanınır və dünyanın ən böyük ordusuna sahibdir. Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin Şanxay Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICS və G20 də daxil olmaqla bir çox təşkilatın aparıcı üzvüdür. Ölkə dünya miqyasında potensial super güc hesab olunur.Çin dünyadakı ən çox əsgəri olan dövlətdir ərazi də isə 5-6 cı sıradadır 1949-cu ildə Yaponya və Tayvandan çıxaraq müstəqillyini bərpa etmişdir Vietnamıda SSRİ ilə dost olaraq qurdular indidə Rusyayla dost olan Çin ən çox qomşusu olan ölkədir 1610-cu ildə isə "Qinq Dynasty" adlanan ölkə olmuşdur 1912-1913 cü ildə isə dağılaraq tarixi ölkədir və kağızıda o yaradıb
Coğrafiyası
Çinin Yeri və ərazisi Geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9,6 milyon km2 və ya dünya ərazisinin 6,5%-nə bərabərdir. Çin torpaqlarının şimaldan cənuba uzunluğu təqribən 5500 kilometrdir və Mohe qəsəbəsinin şimalındakı Heilong çayının mərkəzindən (53030`) Nanşa adalarının ən cənubundakı Zengmu resifinə qədər (40) uzanır. Şimaldakı Heilongjiang bölgəsi qarlarla örtülüykən Cənubi Çin dənizindəki adalar tropik yay istisi ilə qovrulur.
Çinin ətraf dənizlər və adalar Çinin ətrafı şərqdə və cənubda Bohai, Huanqhai (Sarı Dəniz), Şərqi Çin və Cənubi Çin dənizləri ilə əhatə olunur. Bohai dənizi Çinin qitə dənizidir. Qalan dənizlər isə Sakit okean hövzəsində Çinin dəniz sərhədlərinin uzunluğu 32.000 km-dir.
Cənubdan Sakit Okeanın Cənubi Çin və Şərqdən Sarı və Şərqi Çin dənizlərinin suları ilə əhatələnmişdir. Okeanda yerləşən 5000-dən artıq adalar da Çinə aiddir. Onun sərhədinin ümumi uzunluğu isə 14 500 km-dən az deyildir. Çin dünyasının 15-ə qədər dövləti və ərazisi ilə sərhədə malikdir. Ölkənin ərazisi şərqdən-qərbə 5700 km, şimaldan cənuba doğru 3600 km məsafə uzanmışdır. Çin Xalq Respublikası ərazisinin nəhəng ölçüyə malik olması, böyük refionda mərəkəzi nöqteyi, dünya Okeanına açıqlığı geosiyası vəziyyətinin əlverişli olmasına dəlalət edir.
Çinin inzibati vahidləri Çin birbaşa mərkəzi hökumətin idarəsi altında olan 23 əyalətə, muxtar mahallar, muxtar qəzalar 5 muxtar bölgəyə (Daxili Monqolustan, Munaya-Xuy, Sintsizyan-Uyğur, Tibet, Quansi-Çjuan) və 4 bələdiyyəyə bölünmüşdür. Bu inzibati vahidlər 30 muxtar vilayət, 640 şəhər və 1716 rayon səviyyəsində inzibati vahiddən təşkil olunmuşdur. Rayon inzibati vahidləri 30000-dən çox qəsəbə və 17000-dən çox nahiyədən ibarətdir.
Çinin əsas şəhəri və paytaxtı Pekin Şanxay
Tarixi
Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir. Yunnan əyalətindəki Yuanmouda çalışan antropoloqlar, Çində kəşfedilmiş ən qədim insanabənzər canlı olan və bu bölgədə təqribən 1.7 milyon il əvvəl yaşamış olan "Yuanmou adamının" qalıqlarını tapmışdılar. 400000 və ya 500000 il əvvəl müasir Pekinin cənub qərbindəki Zhoukoudianda yaşamış olan "Pekin Adamı", insanın əsas xüsusiyyətlərinə sahib idi.
Çin qədim zamanlar Çin ərazisindəki quldarlıq quruluşu eramızdan əvvəl 21-ci yüzillikdə Şia (Xia) sülaləsinin qurulması ilə başlanır. Sonrakı Şanq (Shang) (e.ə 16–11-ci yüzilliklər) və Qərbi Cou (Zhou) (e.ə 11-ci yüzillik — e.ə 770-ci il) dövründə quldarlıq sistemi daha da gücləndi. Bundan sonra quldarlıq quruluşu İlkbahar və Sonbahar dövrü sonra da Vuruşan Padşahlıqlar dövründə (vəya Şərqi Cou dövrü, e.ə 770 — e.ə 221) tədriclə feodalizm quruluşu ilə əvəz olunmağa başladı. Eramızdan əvvəl 221-ci ildə Çin xanədanının ilk imperatoru Sin Şi Xuandi Döyüşən çarlıqlar dövründəki müstəqil dövlətləri vahid Çin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi. 1840-cı ilindəki Tiryək müharibələri zamanı Çin artıq 2000 illik feodal dövlət idi.
20 il davam edən "Sarısarıqlılar" üsyanı və digər amillər Çinin zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb oldu. III əsrin əvvəllərində Çin xırda dövlətlərə parçalandı. Qədim Çin imperiyasının yerində bir-biri ilə düşmənçilik edən bir neçə dövlət yarandı. Bu zaman şimaldan türk xalqlarının hücumlarının arası kəsilmirdi. Dağınıq halda olan Çin bu hücumların qarşısını almaqda çətinlik çəkirdi.
Çində vahid dövlətin yaranması
Suy sülaləsi
Feodal münasibətlərinin inkişafı Çində yenidən vahid dövlətin yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan Suy sülaləsinin əsasını (581–618) qoydu. Çanan şəhəri ölkənin paytaxtı oldu. İmperiya yenidən bərpa edildi. Çində dövlət feodalizmi mövcud idi. İmperator xidmət əvəzinə sərkərdələrə və məmurlara şərti torpaq sahələri paylayırdı. Həmin torpaqların sahibləri tədricən feodala çevrilirdilər. Çində o zaman iri feodallar "Güclü ailələr" adlanırdı. Onların əksəriyyəti kəndli torpaqlarını tutur, kəndliləri özlərindən asılı vəziyyətə salırdılar. Asılı vəziyyətə düşmüş kəndlilər töycü şəklində vergilər ödəyirdilər. 8-ci əsrdən etibarən feodallar dövlət torpaqlarını da zəbt etməyə başladılar.
Çində təsərrüfat inkişaf etmişdi. İmperatorun qərarı ilə Yantsızı və Xuanxe çaylarını, habelə dəniz sahillərini bu çaylarla birləşdirən Böyük Kanal çəkildi. Suyun sahilə çıxarılmasını təmin edən xüsusi qurğu ixtira edildi. İpəktoxuma dəzgahı təkmilləşdirildi.
Tan sülaləsi
618-ci ildə Çində hakimiyyətə Tan sülaləsi gəldi. Bu sülalə ölkəni təqribən 300 il idarə etdi. Tan imperatoru ilahiləşdirilərək "Səma oğlu" adlandırılırdı. Tan sülaləsinin hakimiyyəti dövründə Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük İpək yolunun Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarəti ələ keçirdi. Böyük İpək yolu Çinin Mərkəzi Asiya dövlətləri, Azərbaycan, İran və Bizansla ticarət əlaqələrini möhkəmləndirdi. Lakin 751-ci ildə ərəblərə məğlub olduqdan sonra bu yol ərəblərin nəzarətinə keçdi və Qərblə Çinin ticarətinə böyük zərbə vuruldu.
Çində ənənəvi olan çəltik, çay, şəkərqamışı, çini qablar, ipək istehsalı inkişaf edirdi. Çin Hind okeanı sahili ölkələri ilə dəniz vasitəsilə ticarət əlaqələri saxlayırdı.
Sun sülaləsi
Monqol işğalı 960-cı ildə Çində hakimiyyətə Sun sülaləsi gəldi. Sun sülaləsi dövründə daim kəndli çıxışları baş verir, ölkə qonşu dövlətlərin hücumlarına məruz qalırdı. 1215-ci ildə Böyük Monqol xanı Çingiz xanın qoşunları Şimali Çini tutdu. Monqollar uzun mübarizədən sonra Çini tamamilə özlərinə tabe etdilər. Çin Monqol imperiyasının əsas hissəsi oldu. Monqol imperatorluğunun paytaxtı Pekin şəhərinə köçürüldü.
Min sülaləsi
14-cü əsrin ortalarında Çində monqol əsarətinə qarşı xalq hərəkatı nəticəsində ölkə yenidən azad oldu. Hakimiyyətə Min sülaləsi (1368–1644) gəldi.
Min sülaləsinin hakimiyyətinin ilk dövrlərində monqol feodallarından alınmış torpaqlar kəndlilərə paylandı. Kəndlilər üç il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edildi.
Tacir və sənətkarlardan alınan vergilərin miqdarı azaldıldı. Bütün bu tədbirlər 15-ci əsrdə Çində təsərrüfatın inkişafına səbəb oldu.
16-cı əsrdə Min sülaləsinin işğalçı yürüşləri nəticəsində imperiyanın ərazisi xeyli genişləndi. Çin imperiyasının ərazisinə müasir Çinin daxili əyalətləri, habelə Mancuriya daxil idi. Koreya, Vyetnam və Tibet isə Çindən asılı vəziyyətdə idi.
Müasir dövr (1840–1949) 1840-cı ildə Tiryək müharibələrinin başlanması Çin tarixində böyük dəyişikliyə yol açdı. XIX əsrin əvvəllərindən etibarən İngiltərə kontrabanda yolu ilə Çinə böyük miqdarda Tiryək ixrac etmiş və eləcə də Çin gümüşünü ölkədən çıxarmışdır. Bu Çinin iqtisadi zərərə uğramasına gətirib çıxardı. 1839-cu ildə Çinq(Qing) hökuməti Tiryək kontrabandasının yox edilməsi üçün Lin Ceşunu Quanqdonqa məmur təyin etdi. İngiltərə mənfəət gətirən bu kontrabandanı qorumaq üçün 1840-cı ildə Çinə müharibə elan etdi. Çin xalqı Lin Ceşu ilə birlikdə silaha sarılsa da Çinq hökuməti İngiltərəyə boyun əydi və alçaldıcı Nankin müqaviləsini imzaladı. Müqavilə Çini yarı feodal yarı müstəmləkə bir dövlətə çevirdi.
Çin XX əsrdə