Daksner (Daxner) Ştefan Marko () — Slovakiya ictimai-siyasi xadimi, yazıçı, hüquqşünas, iqtisadçı. 1848–1849-cu illərdə Slovakiya milli hərəkatının rəhbərlərindən biridir.
Həyatı 1848-ci ildə Liptovski-Mikulaşda çoxsaylı mitinqin və 1861-ci ildə Milli Slovak toplantısının yaradılmasının təşəbbüsçüsü olmuşdur. 1860-cı illərdə-Slovak melkoburjua Xalq Partiyasının görkəmli xadimidir.
Slovak xalqının Memorandumunun, Slovak Milli Məclisində qəbul edilən Slovakiya konstitusiya, hüquqi, siyasi və mədəni tələblərin proqram sənədinin müəllifidir.
Şeir və nəsr yazmış, Slovak folkloru, xalq nağılları toplamışdır.
Martin şəhərində xalq qəbiristanlığında dəfn edilib.
İstinadlar
Kateqoriya:Martin milli qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:XIX əsr ədəbiyyatı Kateqoriya:XIX əsr Macarıstan yazıçıları Kateqoriya:Slovakiya siyasətçiləri