İkinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə İkinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Həmin Qanuna əsasən İkinci Zobucuq qəsəbəsi mərkəz olmaqla İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Əhalisi Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

2019-cu ilin dekabrına olan məlumata görə 2 saylı Zobucuq qəsəbəsinin ümumi əhalisi 1982 nəfərdi. Qəsəbədə 9 şəhid ailəsi, 19 Qarabağ müharibəsi əlili vardır.Füzuli RİHB Alı Alıyev 2 saylı Zobucuq qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirib

İqtisadiyyatı Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

Təhsil İkinci Zobucuq qəsəbəsində 288 nəfərlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Qəsəbədə "27 № li tam orta məktəb" fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu

Həmçinin bax

Kateqoriya:Füzuli rayonunun qəsəbələri Kateqoriya:2008-ci ildə yaranan yaşayış məntəqələri