Tıva akşası () — 1934-1944-cü illərdə Tuva Xalq Respublikasının pul vahidi. 100 qəpikə bölünür (). Tarixi 25 iyul 1925-ci ildə Tuva Xalq Respublikası Dövlət Bankı - Tıvanbank qurulur. Tuva Xalq Respublikası və Sovet Sosialist Respublikaları İttifaqı hökumətləri arasındakı razılaşma ilə 1925-1929-cu illərdə ölkə ərazisinə Sovet pullarını buraxılır. Əvvəlcə çarın zərb sikkələrini əvəz edən gümüş sikkələr, daha sonra kağız pullar və banknotları (rubl və çervonlar) dövriyəyə buraxılır. 1933-cü ilin dekabrında Tuva Xalq Respublikası hökuməti bir sərəncam qəbul edir. Sərəncama əsasən Tuva Xalq Respublikasının yeni gerbinin təsviri və "Yalnız TNR-də istifadədədir" mətn üzərində olan mavi boya ilə sovet əskinasları üzərinə daxil vurulur. Mübadilə 10 dekabr 1933-cü ildən may-iyun 1934-cü ilə qədər davam edir. 1933-1934-cü illərdə Sovet sikkələrinin ölçüsündə 1, 2, 3 və 5 qəpik nominasiyalarında hazırlanmış bürünc və 10, 15 və 20 qəpik nominallı nikel sikkələr istifadəyə buraxılır. Onlar 1945-ci il mayın 1-nə qədər dövriyyədə qalır.
1936-cı il yanvarın 1-də ölkədə pul islahatı aparılır. Bu dövrdə dövriyyədə olan Sovet pulları 1, 3, 5, 10 və 25 akşa olmaqla Tuva Xalq Respublikasının banknotları, milli valyuta ilə əvəz edilir. Dəyişdirmə 1: 1 nisbətində edilir. Qoznak tərəfindən ümumilikdə 2 milyon akşa hazırlanır.
11 avqust 1939-cu ildə Tuva Xalq Respublikası hökumət komissiyası yeni əskinas naxışını təsdiqləyir. Bank biletləri Qoznak tərəfindən çap edilir. 1 mart 1941-ci ildə 1940 tipli əskinaslar: 1, 3, 5, 10 və 25 nominaları dövriyyəyə buraxılır. Köhnə tipli bank biletlərinin mübadiləsi 1 sentyabr 1941-ci ilə qədər davam edir.
11 oktyabr 1944 Tıva Xalq Respublikası Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar bölgəsi olaraq Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olur. 1945-ci il yanvarın 1-də onun ərazisində sovet əskinaslarının dövriyyəsi başlayır. Dörd ay ərzində (1945-ci il mayın 1-dək) 1940-cı ilin nümunəsi olan pullar və 1934-cü ilin nümunəsi olan Tıva akşası Sovet rubluna dəyişdirilir. Bundan sonra Tıva valyutası ləğv edilir. 1945-ci ildə 1 akşa 3,5 rubla dövr edilir. Sikkələr Sikkələrin ön tərəfində dövlətin () və bankın () adı verilmişdir. Şəkil Nolminal(qəpik) Mareial Diametri(mm) Qalınlığı(mm) Çəki(г) Hert Buraxılış ili 120px <big>1 bürünc 14 1,4 hamar 1934 120px <big>2 18 2,1 1933, 1934 120px <big>3 22 2,8 1933, 1934 120px <big>5 25 5 qabarıq 1934 120px <big>10 mis+nikel 17 1934 120px <big>15 20 1934 120px <big>20 22 1934+ Əskinaslar Şəkil Nominal(akşa) Ölçüsü(mm) Rəngi Əsas üzü Tərs üzü 123px 123px <big>1 qəhvəyi 123px 123px <big>3 yaşıl 123px 123px <big>5 göy 123px 123px <big>10 qırmızı 123px 123px <big>25 tünd qırmızı+ Mənbə Новое о денежном обращении в Тувинской Народной Республике Tıvanın əskinasları
Kateqoriya:Tıva Xalq Respublikası Kateqoriya:Pul vahidləri Kateqoriya:Dövriyyədən çıxmış pullar