Yeni Qahirə (arb: القاهرة الجديدة rom: əl-Qahirə əl-Cədidə) - Misirin Qahirə regionunda yerləşən şəhər. Şəhər, paytaxt Qahirənin cənub-şərqində, Maadidən 25 km məsafədə yerləşir və Böyük Qahirə aqlomerasiya regionunun bir hissəsidir. Şəhərin sahəsi 500 km², əhalisi isə 298,343 nəfərdir.

Yeni Qahirə, Qahirənin şəhər mərkəzində tıxacları azaltmaq üçün Qahirədə və ətrafında qurulan yeni şəhərlərdən biridir. 2000-ci ildə prezidentin 191 nömrəli sərəncamı ilə qurulmuşdur. İstinadlar Kateqoriya:Misir şəhərləri