Ziyafət Abbas oğlu Əsgərov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (2000–2005, 2024-cü ildən) və sabiq birinci müavini (2005–2020), Milli Məclisin I, II, III, IV, V, VI və VII çağırış deputatı (1997-ci ildən).

Həyatı Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.

1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.

2005-ci il noyabrın 6-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədridir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

thumb|right|Ziyafət Əsgərov Bakı Dövlət Universitetibun məzun günündə. 2025-ci il.

2024-cü il oktyabrın 8-də Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri təyin olunub.

2024-cü ilin dekabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına üzv təyin olunub.

Evlidir, 2 övladı var.

Mükafatları 23.10.2013 — "Şöhrət" ordeniZ. A. Əsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . 23.10.2023 — "Şərəf" ordeniZ. A. Əsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı .

İstinadlar

Xarici keçidlər I çağiriş

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri