Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə.
Formalaşması və tarixi Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular:
I Başqırd atıcı diviziyası (I, II, IV Başqırd atıcı diviziyaları) II Başqırd atıcı diviziyası (V, VI Başqırd atıcı və I, II Başqıdr süvari alayları).
Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi.
Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi.
I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi: I Başqırd atıcı alayı - 800 nəfər II Başqırd atıcı alayı - 715 nəfər IV Başqırd atıcı alayı - 650 nəfər V Başqırd atıcı alayı - 720 nəfər VI Başqırd atıcı alayı - 650 nəfər I Başqırd süvari alayı - 540 nəfər II Başqırd süvari alayı - 1100 nəfər Başqırd ehtiyat alayı - 570 nəfər Xüsusi Userqansk süvari batalyonu - 210 nəfər Karvansaray komandası - 285 nəfər Komendant, qarovul, konvoy, etap, rabitə, istehkamçı əsgərlər və Başqırd hökumətinin yanında xüsusi komendant rotası - ümumi 6556 nəfər.
1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.
Korpus komandirləri Əhməd Zəki Vəlidi Toğan (1919-cu ilin yanvar ayından etibarən) İlyas Alkin (1919-cu ilin fevral ayının ortalarından etibarən)
Həmçinin bax Başkort Başqırd Mərkəzi Şurası
İstinadlar
Kateqoriya:Başqırdıstan tarixi