Merina (həmçinin Imerina, Antimerina və ya Hova) — Madaqaskarda sayına görə ən böyük etnik qrup.Merina people, Ethnic Groups of Madagascar , Encyclopædia Britannica Merinalar ölkənin on səkkiz rəsmi etnik qrupundan biridir. Onların mənşəyi əsasən eramızın V əsrindən əvvəl gələn Malaylar və yüzillər sonra gələn ərəblər, afrikalılar və digər etnik qrupların qarışığıdır. Merinalar Madaqaskarın rəsmi Malagasi dilinin Merina ləhcəsində danışırlar.

Merina xalqı ən çox adanın mərkəzində rast gəlinir. 18-ci əsrin sonlarından başlayaraq Merina suverenləri, nəzarət altındakı siyasi bölgəni daxili paytaxtlarından, adalara doğru genişləndirdilrə. Kral I Radamanın dövründə bütün ada onların hakimiyyəti altında birləşdi. Fransızlar 1883-1885-ci illərdə Merina xalqı ilə iki müharibə etdi. Fransızlar 1895-ci ildə Madaqaskarı işğal edərək 1895-96-cı illərdə müstəmləkəyə çevirdilər və 1897-ci ildə Merina monarxiyasını ləğv etdilər.

Merina xalqı iyerarxik kastalarla, miras qalmış peşələr və endogamiya ilə sosial təbəqələşmişdir. Merina xalqının əsas və uzun müddət xidmət edən monarxlarından biri və ya ikisi kraliçalar idi.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Afrika xalqları