Bakalı rayonu () — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ufa şəhərindən 173 km və Tuymazıdan 75 km məsafədə yerləşən Bakalı kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın qərbində, İleş rayonu, şərqdən - Çekmaquşev rayonu, cənubdan - Şaran rayonu, qərbdən - Tatarıstanla həmsərhəddir. Rayonun sahəsi 1951 km²-dir.
Rayon Ağidel çayı vadisinə şimala doğru sürüşən Buqulma-Belebey yüksəkliyinin şimal hissəsində yerləşir. İqlimi kontinental və mülayim rütubətlidir. Su yatağının qaldırılmış hissəsi qarışıq geniş yarpaqlı meşələr, aşağı hissəsi palıd, ağcaqayın meyvələri ilə səciyyələnir. Meşələr rayonun 44% ətarizini tutur. Xun çayı rayon ərazisindən axır, İk çayı cənub-qərb tərəfdən axır. Boz və tünd boz meşə torpaqları geniş yayılmışdır.
Yeraltı sərvətləri: neft yataqları (Mustafinskoye, Katayevskoye), kərpic xammalı (Bakalı, Kataevskoye, Starokuruçevskoye, Melkenskoye) və qum-çınqıl qarışıqları (Karpovskoye, Kileevskoye) ilə təmsil olunur. İnzibati-ətazi vahidləri
Bakalı rayonuna 20 kənd inzibati vahidliyi daxildir. Əhalisi Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə:
2024 - 24,66 min nəfər.
2035 - 20.96 min nəfər.
Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 53,4%, ruslar - 22,3%, başqırdlar - 17,3%, çuvaşlar - 3%, marilər - 2,7%, digər millətlərdən olanlar - 1,1%. Dil tərkibi 2010-cu il Ümumrusiya Əhali siyahıyaalınmasına əsasən, əhalinin ana dilləri bunlardır: tatar dili - 64,3%, mari dili - 2,3%, rus dili - 26,3%, çuvaş dili - 2,5%, başqırd dili - 3,8%[http://std.gmcrosstata.ru/webapi/jsf/login.xhtml?invalidSession=true&reason=Session+not+established. База данных переписи 2010 года.]. Din Dini baxımından əhalisi müsəlman və provaslavdır.
İqtisadiyyat Rayon iqtisadiyyatının əsas sahəsi taxılçılıq, kartofçuluq, çuğundur, ətlik-südlük maldarlıq, donuzçuluq və arıçılıq sahələrində ixtisaslaşmış kənd təsərrüfatıdır.
Sənaye: yerli kənd təsərrüfatı, meşəçilik, pendir fabriki, ağac emalı zavodu və Bakalı kərpic zavodu. Təhsil və mədəniyyət Rayonda ali peşə və satıcılar hazırlayan bir məktəb (Bakalı kəndi), 62 ümümtəhsil məktəbi, o cümlədən 18 orta məktəb var. 29 kütləvi kitabxana, 54 klub müəssisəsi, 2 xəstəxanaya sahibdir. Rayonda regional bir qəzet nəşr olunur.
Mənbə Сайт администрации района Башкиры Бакалинского района РБ. Научный справочник İstinadlar
Kateqoriya:Bakalı rayonu Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər