Sənubər Abdullayeva (tam adı:Sənubər Əlövsət qızı Abdullayeva; ) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor.
Həyatı və təhsili Sənubər Abddullayeva 1951-ci il mayın 20-də Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur. 1957-1968-ci illərdə Bakıdakı 7 saylı orta məktəbdə oxumuş və həmin məktəbi gümüş medalla bitirmişdir. 1968-1973-cü illərdə S.M.Kirov alına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsində təhsil almış, filoloq-tərcüməçi, fars və Azərbaycan dili müəllimi ixtisasına yiyələnmişdir .
Ailəsi Ailəlidir, üç övlad anasıdır. Azərbaycanın görkəmli dilçi alimi, professor Əlövsət Abdullayevin qızıdır.
Fəaliyyəti
Elmi və pedaqoji fəaliyyəti
Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aspirantı (1973-1977) olmuşdur. 1979-cu ildə «Müasir Azərbaycan dilində adverbiallaşma» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı (1990-1993) olmuşdur. 2007-ci ildə «Azərbaycan nağıl və dastanlarının dili» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi adına layiq görülmüşdür. Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi (1978-1985), böyü elmi işçi (1985-2003), aparıcı elmi işçi (2003-2007) vəzifələrində işləmişdir. 1996-2003-cü illərdə Bakı Asiya Universitetində, 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində dosent vəzifəsində çalışmışdır. 2007-2009-cu illərdə Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində işləmişdir. 2009-cu ildən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çılışır. 2011-ci ildə professor adını almışdır.
Elmi yaradıcılığı
Tədqiqat sahəsi əsas etibarilə müasir Azərbaycan dilçiliyinin leksika, onomastika, frazeologiya, morfologiya, sintaksis sahələri, terminologiya, ədəbi dil və dialektologiya, folklor dili, nitq mədəniyyəti, qrammatikanın tədrisi, etnokulturoloji problemlərlə bağlıdır. 1986-cı ildən başlayaraq Azərbaycan, Qazaxıstan və Rusiyada keçirilən dilçiliyin müxtəlif problemlərinə həsr olunmuş konfrans, forum, seminar və başqa elmi tədbirlərdə iştirak etmişdir. Bütövlükdə bir dərslik, bir dərs vəsaiti, bir monoqrafiya, iki proqramın, 80-dən artıq elmi məqalənin müəllifidir.
Kitabları
Müasir Azərbaycan dilində zərf. Bakı: 1991 Azərbaycan nağıl və dastanlarının dili. Bakı: 1998 Müasir Azərbaycan ədəbi dilinin işgüzar üslubu (Kollektiv monoqrafiya), Bakı: 2004 Практический курс азербайджанского языка (Коллективный учебник), Mоskva: 2009
İstinadlar
Kateqoriya:Azərbaycan professorları