Hüseyn Namiq Orkun (d. 15 avqust 1902, İstanbul, Osmanlı imperiyası – 23 mart, 1956, Ankara, Türkiyə Respublikası) – türk tarixçi, dilçi. Türklük, türkçülük və türk dünyası haqqında əsərlər yazmışdır.
Həyatı 1902-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta təhsilini Nişantaşı Sultanisində tamamlamışdır. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölməsini bitirdikdən sonra Budapeşt Universitetinin fəlsəfə fakültəsində türkologiya təhsili almışdır. Gyula Nemethin tələbəsi olmuşdur. Türk soyunun 20-ci əsrdə yaşamaqda olan qolları haqqındakı “Türk dünyası” adlı əsərini Budapeştdə yazmışdır. Əsər 1932-ci ildə Türkiyədə nəşr edilmişdir.
1930-cı ildə təhsilini tamamlamış və Qazi Təhsil İnistitutunda tarix müəllimliyinə təyin edilmişdir. İnistitutda, Polis Kollecində, Dövlət Konservatoriyasında və Tibb fakültəsində uzun illər türk tarixi və inqilab dərsləri vermişdir.
Müəllmiliklə yanaşı, türk dili və tarixi üzrə araşdırmalar etmişdir. Yayımları arasında türk əfsanələri və dastanları, türk boyları ilə əlaqəli araşdırmalar, türklük və türkçülük ilə əlaqəli düşüncə yazıları, yayım tənqidləri və tanıdmaları yer almışdır.
1944-cü ildə irqçilik-turançılıq məhkəməsində mühakimə edilmişdir. Bir il həbsdə qaldıqdan sonra bəraət almışdır. Həbsdən çıxdıqdan sonra səhhətində problemlər yaşayan Orkun 1956-cı ildə Ankarada həyatını itirmişdir.
Əsərləri Peçenekler, 1933 Atilla ve Oğulları, 1933 Oğuzlara Dair, 1935 Hunlar, 1938 Türk Tarihinin Bizans Kaynakları, 1938 Osmanlıların Aslına Dair, 1939 Türk İstilası Devrinde Macaristan ve Avusturya'da Casuslar, 1939 Türk Sözünün Aslı, 1940 Eski Türk Yazıtları (4 cilt), 1936-1941 Prens Kalyanamkara ve Papamkara Hikâyesinin Uygurcası, 1940 Türk Efsaneleri, 1943 Yeryüzünde Türkler, 1944 Türkçülüğün Tarihi 1944 Türk Tarihi (4 cilt), 1946 Eski Türklerde Evcil Hayvanların Tarihçesi, 1954
Həmçinin bax İrqçilik-Turançılıq məhkəməsi
Hüseyn Nihal Atsız
İstinadlar
Kateqoriya:1902-ci ildə doğulanlar Kateqoriya:Tarixçilər Kateqoriya:Anadolu türkləri Kateqoriya:Türkçülər Kateqoriya:1956-cı ildə vəfat edənlər Kateqoriya:Cəbəci Əsri qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr Türkiyə tarixçiləri