Nikolay Alekseyeviç Serdobov (; ) — rus yazıçı, şair, tarixçi və tənqidçi. Tıva Sovet Sosialist Respublikasının elmi araşdırmalarının tanınmış araşdırmaçısı.

Həyatı Nikolay Serdobov 9 may 1916-cı ildə Kuybışev (indiki Samara) şəhərində anadan olmuşdur. 1940-cı ildə Moskvada Lenin İnistitutunu bitirmişdir. 1940-1946-cı illərdə Sovet ordusunun döyüşçüsü olmuş və Berlinə qədər getmişdir. 1946-cı ildə təhsil çalışmaları üçün Tıvaya göndərilmişdir. Tuva oblast komitəsinin təhsil şöbəsinin rəhbərliyinə, inistitut katibliyinə, rəhbər müaviliyinə qədər yüksəlmişdir. 10 il boyunca Tuva Muxtar Sovet Sosialist Respublikası Ali Şurası rəhbərinin müavini olaraq işləmişdir. 7 aprel 1986-cı ildə vəfat etmişdir.

9 may 2011-ci ildə Nikolay Serdobovun 95 illiyi münasibətiylə Tıva Sosial Elmlər İnistitutu tərəfindən yazılı abidə ucaldılmışdır.

Əsərləri «Buyan bile Hоrа» (1959) «Аmıdırаldıñ ünezi» (1962), roman «Sаyan sınnаrınıñ ındındа» (1966),roman «Dаyıngа şоnnutkаnnаr» (1981), roman «Ulаnçızı çоk» hekayə.

Həmçinin bax Mengi Oorjak

Kara-Kıs Munzuk

İstinadlar

Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya tarixçiləri Kateqoriya:1916-cı ildə doğulanlar Kateqoriya:1986-cı ildə vəfat edənlər Kateqoriya:Rusiya şairləri Kateqoriya:Alimlər