Sıldıs Donqak (, ) — Tuvanın Övür bölgəsindəki Torqalıq kəndində anadan olmuş tuvalı şair, yazıçı. O, həmçinin tacirliklə də məşğuldur.
Həyatı 13 sentyabr 1970-ci ildə hal-hazırkı Tuva Muxtar Sovet Sosialist Respublikasındakı Övür bölgəsinin Torqalıq məntəqəsində anadan olmuşdur. Torqalıqdakı təhsilindən sonra Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnistitutunda ali təhsilini almışdır. Kənd təsərrüfatı və menecment sahəsindəki təhsilini Rusiya Akademiyasında almışdır. Ədəbi fəaliyyətlə yanaşı, ticari fəaliyyətlə də məşğuldur.M. B. Hovalıg «Tıva Edebiyatçıları». Kızıl, 2001
Yaradıcılığı Yazıçılığa 1990-cı ildə başlamışdır. Şerləri Tuvanın qəzetlərində, Tuva Ədəbiyyatı jurnalında, "Ulug-Hem" məcmuəsində nəşr edilmişdir. "Een hovuda sırın ıglaydır" adlanan şer kitabı 1998-ci ildə nəşr edilmişdir. Onun şerləri ruscaya də tərcümə edilmişdir. Şerlərinin tərcüməçisi Yuri Kuznetsovdur.
Əsəri Men hovuda sırın ıglay-dır (Kızıl, 1998, şerlərinin antologiyası)
Həmçinin bax Salim Sürünool Saylıkma Kombu
İstinadlar
Kateqoriya:1970-ci ildə doğulanlar Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:Tuvalı şairlər Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri