Zoya Namzıray Aldınoolqızı (tuvaca: Намзырай, Зоя Алдын-ооловна , d. 1 sentyabr 1941) – tuvalı şair, Tıva Respublikası Yazıçılar Birliyinin üzvü.

Həyatı 7 sentyabr 1941-ci ildə Tuvanın Barıın-Hemçik bölgəsində Şekpeer məntəqəsində çoban ailəsində anadan olmuşdur. Atası Kuular Namzıray Dajı-Serenoğlu, anası Çançıvaa Dongak Dondukqızı – Tuvanın ilk ağır sənayesi olan qızıl mədənlərinin ilk işçilərindən idilər.

1957-ci ildə Qızılmajalıq orta məktəbinin VIII sinfini bitirib, o dövrki adı ilə Tuva Muxtar Oblastının Mədəniyyət Nazirliyi tərəfindən açılmış kitabxanaçılıq kursunu bitirmişdir. 1958–1961-ci illərdə Barıın-Hemçik bölgə komitəsi kitabxanasında, 1961–1962-ci illərdə Bay-Haakın bölgə kitabxanasında işləmişdir. Kanskinin Kitabxana Peşə Məktəbində təhsil almışdır. Daha sonra Qırmızı Müəllim İnistitutunda Tuva dili və ədəbiyyatı fakültəsində assistantlıq etmişdir. Dünya Teatr Cəmiyyəti kitabxanasında, Tuva nəşriyyatında işləmiş, 1998-ci ildə təqaüdə ayrılmışdır.

Şeirlərinin ruscaya tərcümə edilmişləri "Ogonok", "Drujba narodov", "Pioner" jurnallarında, "Ulug-Hem" almanaxında dərc olunmuşdur.Kombu, Saylıkmaa (2012). Tuvinskaya Literatura Slovar (Tuva Edebiyatçılar Sözlüğü). səh — 172–174. Onun əsərlərindən monqol, yakut, buryat, qazax dillərinə tərcümə edilənlər müxtəlif jurnal və kitablarda nəşr edilmişdir. Tuva yazıçılarının "Poeti Slavyat Tuvu" adlı şer kitabında "Sayan dağları" və başqa şeirləri yer almışdır. Müxtəlif medal və mükafatlara layiq görülmüşdür.

Əsərləri Şonçalay (1976), Duruyalıg-Şöl (1986), Ayak heelig Tıva çurtum (1994). Kazılgannıñ ökpeñ çeçee (Казылганның өкпең чечээ). (2008)

Həmçinin bax Oleq Saganool

Mengi Oorjak

Moldurqa Salçak

Badra İrgit

Yekaterina Tanova

İstinadlar

Kateqoriya:1941-ci ildə doğulanlar Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:Tuvalı şairlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər