Qulam Murtaza Bhutto (; ) — Pakistan siyasətçisi və Pakistanda fəaliyyət göstərən terror təşkilatı Əl-Zülfiqarın lideri. Pakistanın keçmiş baş naziri və prezidenti Zülfiqar Əli Bhuttonun oğlu Murtaza, atası 1979-cu ildə general Məhəmməd Ziya ülhaqq hərbi rejimi tərəfindən devrildikdən və edam edildikdən sonra əl-Zülfiqar təşkilatını qurdu. 1981-ci ildə mühafizəkar siyasətçi Çaudri Zahur Elahinin öldürülməsi və Pakistan Beynəlxalq Hava Yollarına aid bir təyyarənin Kəraçidən qaçırılmasından sonra məsuliyyəti öz üzərinə götürdü. Əfqanıstanda sürgündə olan Murtaza hərbi tribunal tərəfindən qiyabi olaraq edam cəzasına məhkum edilmişdi. İstinadlar
Kateqoriya:Pakistan Xalq Partiyasının siyasətçiləri Kateqoriya:Bhutto ailəsi Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları