Aypara — 1984-cü ildə bəstəkar Vaqif Gərayzadənin yaratdığı qrup.

Qrup haqqında Qrup Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblı" adı ilə 1984-cü ildən fəaliyyətə başlamış, 1988-ci ildən isə Aypara adlanmışdır. Qrupun yaradılmasında məqsəd 80-ci illərin əvvəlində incəsənətə, xüsusilə Azərbaycan milli cazına gətirilən yeniliyi inkişaf etdirərək təkmilləşdirmək idi. Yarandığı ildən etibarən bütün respublika müsabiqələrində birinci yeri tutub. İlk vaxtlar Alim Qasımov (1987), Aygün Kazımova ("Bakı Payızı 1988" müsabiqəsi), Zülfiyyə Xanbabayeva ("Bakı Payızı 1988" müsabiqəsi) kimi ifaçıları qrup müşayiət etmişdir. Qrup 1988-ci ildə "Товарищ Песня!" (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tbilisi, İrəvan, Vitebsk, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir.

1991-ci ildə Azərbaycanın səsi beynəlxalq müsabiqəsində laureat, Vaqif Gərayzadə isə Qitənin ən yaxşı aranjimançısı adına layiq görülmüşdür.

1991–1992-ci illərdə Sevda Ələkbərzadə qrupla birgə fəaliyyət göstərmişdir. 1994-cü ildə Zülfiyyə Xanbabayeva qrupda ifaçı kimi çalışıb. Həm Aygün Kazımova, həm də Zülfiyyə Xanbabayeva karyeraları boyunca daim bu qrupla birgə konsert və ya digər tədbirlərdə birlikdə çıxış etmişlər. 1999-cu lldə Vaqif Gərayzadə W-trio, 2002-ci ildə isə Şeron qruplarını yaratmış və 2006-cı ilə qədər bu qruplar fəaliyyət göstərmiş, qrupların musiqiçi tərkibi Aypara'' qrupunun üzvləri idi. Ardından Samir Piriyev, Ramal İsrafilov və Kazım Can qrupun üzvlərinə çevrilmişdir. Sonuncu tərkib isə əvvəlkilər qədər uğur qazanmadı.

1993-cü ildə Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), İlqar Quliyev (vokal), Vilayət Qəhrəmanzadə (solo gitara) Vaqif Gərayzadənin təklifi ilə "Rast" pop-qrupunu yaratmışlar.

1997-ci ildə qrupun ilk albomu işıq üzü görmüşdür: "Aypara" Folk Jazz Band — "Oriental" albomu 1997 (səsyazma — fevral, aprel)

Azərbaycan dastanı (05:22) bəstəkar Vaqif Gərayzadə Oriental Jazz (Dialogue) (09:39) bəstəkar Vaqif Gərayzadə Köhnə Məhəlləmiz (06:39) bəstəkar Vaqif Gərayzadə Şirvan Naxışları (07:36) bəstəkar Vaqif Gərayzadə Humayun sayağı (04:24) bəstəkar Vaqif Gərayzadə (solo saksofon Eldar Zeynalov) Novruzu (06:29) bəstəkar Vaqif Gərayzadə Mənzərə (03:50) bəstəkar Aytən İsmixanova Cahargah-fantaziya (05:35) bəstəkar Vaqif Gərayzadə +Albomdakı musiqilərin hazırlanmasında iştirak etmiş musiqiçilər1PianoçuAytən İsmixanova2PianoçuAzər Allahverdiyev3Solo guitarRafik Bunyatov4Zərb alətləriVaqif Əliyev5SaksofonEldar Zeynalov6SaksofonRain Sultanov7SopranoHakim Abdullayev8ZərbFuad Mehdiyev9NağaraŞirzad Həsənov

İstinadlar

Kateqoriya:Vikipediya:Şəkli olmayan musiqi qrupları haqqında məqalələr Kateqoriya:Azərbaycan musiqi qrupları