Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi () — Bosniya və Herseqovina Sosialist Respublikasında mövcud olmuş qadın təşkilatı. Bosniya və Herseqovina Kommunist Partiyasının əmrilə qadınların partizan hərəkatında daha fəal iştirakını təmin etmək üçün 1942-ci ilin fevral ayında yaradıldı. Cəbhənin əsasında 1942-ci ilin dekabr ayında Bosanski Petrovats şəhərində vahid Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi yaradıldı.
Öncəki dövr İkinci Dünya Müharibəsindən əvvəl Yuqoslaviya əhalisinin əhəmiyyətli hissəsi şəhərlərdə yaşayırdı, lakin qadınların cəmiyyətdəki mövqeyi dəyişmirdi. Xristianlıq ilə İslam arasında faktiki mübarizə mövcud olan Bosniya və Herseqovinada vəziyyət daha da çətin idi. Antropoloq Vera Ştayn Erlixin sözlərinə görə, bir sıra kəndlərdə qız qaçırılması və onlara qarşı təcavüz halları adiləşmişdir, qadınlardan yalnız müəyyən paltarların geyinməsi tələb olunurdu və demək olar ki, dükan və fabriklərdə işləməyə icazə verilmirdi. Çox sayda yerli qadın sakinləri savadsız idilər və müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər.
Məşhur xadimləri
Mariya Bursaç (1920–1943), Yuqoslaviya Xalq Qəhrəmanı Vahida Maqlayliç (1907–1943), Yuqoslaviya Xalq Qəhrəmanı Draqitsa Pravitsa (1919–1942), Yuqoslaviya Xalq Qəhrəmanı Rada Vraneşeviç (1918–1944), Yuqoslaviya Xalq Qəhrəmanı
Həmçinin bax
Makedoniya Qadın Antifaşist Cəbhəsi
İstinadlar
Xarici keçidlər
Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi arxivi
Kateqoriya:1942-ci ildə yarananlar Kateqoriya:1953-cü ildə ləğv olunanlar Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Yuqoslaviya partizanları