Leonid Andreyeviç Popov (; ) – Saxa yazıçısı, Saxa Xalq şairi.

Həyatı Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.

Yaradıcılığı Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır.

Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.

Onun "Qartallar yüksəklərdə uçur" (1959), "Oxon oğulları" (1968) pyesləri uğurla səhnəyə qoyulmuşdur. Ədib həmçinin Saxa Respublikasının brilyant mədənçilərinə həsr olunmuş "Narahat istirahət" (Түбүктээх сынньалаҥ) pyesinin müəllifidir. Leonid Popovun əsərlərinin bir qismi uşaq ədəbiyyatı ilə bağlıdır.

Əsərlərini doğma ana dili olan saha dilində yazmışdır. Leonid Popov bir çox rus ədiblərinin, o cümlədən N. V. Qoqolun "Taras Bulba", B. Polevoyun "Əsil insan haqqında povest", Aleksandr Fadeyevin "Gənc qvardiya" əsərlərini, Aleksandr. S. Puşkinin, Mixail Lermontovun, Vladimir Mayakovskinin şeirlərini saxa dilinə çevirmişdir.

Mükafatları Maksim Qorki adına RSFSR Dövlət mükafatı "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Əsərləri Утро над Леной: Стихи и поэмы. – М.: – Якутск, 1953. Свет над тайгой: Стихи и поэмы. – М.: Сов. писатель, 1953. Алмазный край: Стихи. – М.: Сов. Россия, 1958. Снегопад: Стихи и поэмы / Пер. Д. Романенко. – М.: Гослитиздат, 1963. Твердость – десять: Стихи. – М.: Сов. писатель, 1966. Талыллыбыт айымньылар. – Дьокуускай: 1969 Песни Вилюя: Стихи / Пер. А. Преловский. – М.: Сов. Россия, 1970. Ищу алмазы: Стихи / Пер. Ю. Разумовский. – М.: Сов. писатель, 1974. Я – ветка тайги: Стихи. – М.: Современник, 1977. От океана до океана: Стихи и поэмы. – М.: Гослитиздат, 1979. Тоҕой Сэлэ. Роман. / Пер. А. Гурулев. – М, 1981 Күннээх таас. Кэпсээннэр, сэһэн. – Дьокуускай:1982 Зову май: Стихи / Пер. Ю. Разумовский. – М.: Современник, 1986. Кынаккын уун миэхэ, кыталык. – Дьокуускай: 1989

İstinadlar

Həmçinin bax Moisey Yefimov

Xarici keçidlər Qısa Ədəbiyyat Ensiklopediyası P. A. Oyunki adına Yakutsk Dövlət Ədəbi Muzeyi: Leonid Andreeviç Popov

Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr ədəbiyyatı Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:Yakutiya şairləri Kateqoriya:XX əsr tərcüməçiləri