Məhəmmədhəsən xan Müqəddəm () — İranda çap işinin yaradıcılarından biri, tərcüməçi

Həyatı Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda elmi dərnəklərin təşkilində, rəsmi qəzetlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yeni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi beş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü.

Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, eləcə də saray tərcümə idarəsinə başçılıq etmişdi. 1871-ci ildə dövlət, milli və elmi qəzetlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Etimadüssəltənə ləqəbini daşıyırdı.

XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı. O dövrdə tərcümə və nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadüssəltənənin bu sahədə böyük xidmətləri oldu. Müqəddəm Məhəmmədhəsən xan Etimadüssəltənə dövrünün mütərəqqi şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan tarixçi-alim kimi tanınırdı, Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin edilmişdi. O, İranda və Cənubi Azərbaycanda maarifin, o cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər göstərib. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı, cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək yəqin ki, yerinə düşərdi. Məhəmmədhəsən xan Cənubi Azərbaycanın qədim və sənət ocaqlarından olan Marağa şəhərində əsl-nəcabətli ziyalı ailəsində doğulub. Gənc yaşlarında orduda xidmət edib, sonra sarayda diplomat kimi çalışıb. Məhəmmədhəsən xan Müqəddəm Tehran darülfünunun ilk məzunlarından biri, istedadlı tələbə kimi qızıl medalla təltif olunub. 1863–67-ci illərdə Fransada təhsilini davam etdirməklə yanaşı, İran səfirliyində attaşe kimi çalışıb. Bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi üçün uzun illər Nasirəddin şah Qacarın (1831–1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olub. Məhəmmədhəsən xan əvvəl "Sani-əd-daulə" (Dövlət sənətkarı), sonralar "Etimad-üs-səltənə" (ölkənin etimad yeri) ləqəblərini daşıyıb.