Vaqif Musayev () — Sovet və Azərbaycan futbolçusu, FİFA kateqoriyalı futbol hakimi. 2010-cu ildən beynəlxalq səviyyəli matçlarda referi köməkçisi kimi oyunları idarə etməyə başlamışdır. Tərcümeyi halı Vaqif Musayev 9 oktyabr 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Neftçi" futbol məktəbinin yetirməsidir. V.Musayev 1989-cu ildə futbol üzrə SSRİ çempionatının ikinci liqasında Bakının Dinamo GOHM FK komandasının heyətində futbolçu karyerasına başlamışdır. SSRİ dağıldıqdan sonra futbol çempionatınin yüksək liqasında çıxış edən Tovuzun "Turan" komandasına keçmişdir. V.Musayev ümumilikdə yüksək liqada 152 oyun keçirmiş və 4 qol vurmuşdur. O, futbolçu kimi idman karyerasını 2004-cü ildə başa çatdırmışdır.
V.Musayev 2004-cü ildən futbol üzrə Azərbaycan çempionatında ikinci və birinci liqa üzrə xətt hakimi, 2006-cı ildən yüksək liqada və həmçinin əvəzedici heyətlərin turnirində çıxış edən komandaların oyunlarını idarə etmişdir. O, 2010-cu ildən beynəlxalq kateqoriyalı hakimdir. Vaqif Musayev 2012-ci ildən Azərbaycan üzrə FİFA hakimlərinin siyahısına daxil edilmişdir.FIFA referees defined .
Vaqif Musayev 23 oktyabr 2013-cü ildə Naxçıvan şəhərində keçirilən futbol üzrə "Xəzər-Lənkəran" komandası ilə "Neftçi" Bakı komandası arasında Azərbaycan Superkuboku uğrunda oyununda referi assisenti kimi xidmət göstərmişdir..
V.Musayev 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirnmişdir.
Xarici istinadlar Профиль на сайте АФФА Referee V.Musayev on int.soccerway.com Azerbaijan Football Officials — Referees Vagif Musayev " Matches as assistant referee Azerbaijani team of football referees assigned to UEFA Champions League games Vaqif Musayev Profile and Statistics on www.soccerpunter.com Vagif Musayev on football-lineups.com
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:19 oktyabrda doğulanlar Kateqoriya:1972-ci ildə doğulanlar Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Futbol hakimləri Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları