Vrbas banovinası () — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina).

Coğrafiyası left|thumb|182x182px|Yuqoslaviya banovinalarının 1929-cu ilə aid xəritəsi Vrbas banovinası krallığın mərkəzi hissəsində, Bosniyanın şimalında yerləşirdi. Vilayətin paytaxtı Banya Luka şəhəri olmuşdur. Şimal və qərbdə Sava banovinası, cənubda Sahil banovinası, şərqdə Drina banovinası ilə həmsərhəd idi. Banovinanın bu adı burada axan Vrbas çayına görə verildi.

Tarixi

1939-cu ildə Vrbas banovinasının şimal-şərq ərazisinin bir hissəsi Xorvatiya banovinasına verildi. 1941-ci ildə onun ərazisi Müstəqil Xorvatiya Dövlətinin tərkibinə daxil oldu, 1945-ci ildə banovinanın böyük hissəsi Bosniya və Herseqovina Sosialist Respublikasının, kiçik bir hissəsi isə Xorvatiya Sosialist Respublikasının tərkibinə daxil oldu.

Əhalisi 1931-ci ildə əhalinin dini tərkibi:

pravoslavlar — 600 529 (57,9 %) roma katolikləri — 172 787 (16,66 %) evangelist xristianlar — 3377 (0,3 %) digər xristianlar — 9245 (0,9 %) müsəlmanlar — 250 265 (24,13 %) digərləri — 1179 (0,11 %)

Banlar

Svetislav Miloslavleviç (1929—1934) Draqoslav Corceviç (1934—1935) Boqolyub Kuyunciç (1935—1937) Todor Lazareviç (1937—1938) Nikola Stoyanoviç (1939—1941)

Həmçinin bax

Bosniya diyarı

İstinadlar

Xarici keçidlər

Xəritə Xəritə Yuqoslaviya Krallığı Konstitusiyası

Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Yuqoslaviya krallığının banovinaları Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:1929-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Yuqoslaviya tarixi