Mixail İvanoviç Kozlovski (; ) — rus heykəltaraş, İmperator Rəssamlıq Akademiyasının akademiki.

Həyatı thumb|193x193px|Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığıda qəbri 1753-cü ildə donanma trubaçalanın ailəsində anadan olmuşdur. Sank-Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır, burada onun ən yaxın tərbiyəçi müəllimləri N. F. Jille və A. Losenko oldular. Rəssamlıq Akademiyasından müxtəlif mükafatlar almışdır: böyük gümüş (1771), kiçik qızıl (1772), böyük gümüş və böyük qızıl (1773). Universiteti 1-ci dərəcəli attestatla heykəltaraşlıq rəssamı dərəcsini aldı.

Kursun sonunda (1773), akademiyanın pensiyaçısı olaraq Romaya (1774—1779) və Parisə (1779—1780) göndərildi. 1782-ci ildə Rusiyaya qayıdaraq, xaricdə düzəltdiyi "Yupiter Qanimed ilə" adlı heykəltaraşlıq qrupuna görə "təyin olunmuş akademik" nüfuzunu aldı. 1788 — 1797-ci illərdə yenidən Parisdə oldu, burada ona Rəssamlıq Akademiyası tərəfindən göndərilən təqaüdçülərə nəzarət etmək tapşırıldı. 1794-cü ildə əvvəlki əsərləri ilə istedadı və biliyini sübut etmiş bir sənətkar kimi akademik dərəcəsinə qaldırıldı, bundan sonra isə professor dərəcəsinə yüksəldi. 1794-cü ildən ömrünün sonuna qədər akademiyada heykəltaraşlıqdan dərs demişdir. 1802-ci ildə vəfat etdi.

Kozlovski tələbələri arasında ən məşhurları Stepan Pimenov və Vasili Demut-Malinovskidir.

Heykəltaraş ilk öncə Smolensk Pravoslav qəbirstanlığında dəfn olundu.Qəbirstanlıq planında qəbriа // 1931-ci ildə qəbri Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığına köçürüldü.

Əsərləri

Sankt-Peterburqdakı Suvorovskaya meydanında sərkərdə Aleksandr Suvorov monumenti (1799—1801, bürünc); Əsas Peterhof fontanının bəzəyi olan "Şiri məğlub edən Samson" adlı heykəl (1800—1802, zərlənmiş tunc; 1947-ci ildə Böyük Vətən Müharibəsi zamanı oğurlanmışdır, 1947-ci ildə heykəltaraş V. L. Simonov tərəfindən yenidən qurulmuşdur); "Oturmuş qız" və "Oxluğundan ox çıxardan Amur" mərmər heykəllə (Ermtiaj); Vəliəhd Konstantin Pavloviçin nikahlanma münasibətilə düzəldilən "Gimeney" mərmər heykəli; "Requlun Karfagenə qayıdışı" və "Romanı qallardan qurtaran Kamill" barelyefləri (1787, Mərmər saray); "Makedoniyalı İskəndərin sayıqlığı" mərmər heykəli (1780-ci illər, Rus Muzeyi); "Polikrat" gips heykəli (1790, Rus Muzeyi); "Yatan Amur" mərmər heykəli (1792, Rus Muzeyi); "Çar fərmanını cıran Yakov Dolqoruki" mərmər heykəli (1797, Tretyakov qalereyası); "At üzərində Herkules" tunc heykəli (1799, Rus Muzeyi);

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Mixail İvanoviç Kozlovski. Sənətçinin tərcümeyi-halı və işi Artonline.ru saytında "Staratel" kitabxanasında Mixail İvanoviç Kozlovski