Xorvatiya banovinası () — 1939–1941-ci illərdə mövcud olmuş Yuqoslaviya krallığında əyalət (banovina).
Tarixi Xorvatiya banovinası, 1939-cu ildə xorvatların əksəriyyətini bir inzibati vahiddə birləşdirmək üçün Tsvetkoviç-Maçek razılaşması nəticəsində yaradıldı.Croatian History Museum Yeni banovina geniş muxtariyyət aldı. İvan Şubaşiç ilk ban olmuşdur. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövlətinin bir hissəsi oldu, 1945-ci ildə isə YSFR-ın bir hissəsi olaraq Xorvatiya, Bosniya və Herseqovina və Voyevodina (Serbiyanın bir hissəsi olaraq) arasında bölüşdürüldü.
Coğrafiya Xorvatiya banovinası Yuqoslaviyanın ən böyük banovinası idi və krallığın qərb hissəsində, əsasən müasir Xorvatiya ərazisində və Bosniya və Herseqovina ərazisinin 40%-də yerləşirdi. Banovina Sava və Sahilyanı banovinalarının ərazilərindən qurulmuşdur, həmçinin buraya Dunay, Vrbas, Drina və Zeta banovinaların əraziləri daxil oldu.Uredba o banovini Hrvatskoj Banovinanın paytaxtı Zaqreb şəhəri idi.
Əhalisi Banovina Yuqoslaviyanın bütün xorvat əhalisini bir yerdə cəmləşdirmək məqsədilə quruldu. Nəticədə, əhalinin 74%-i xorvatlar, 19%-i serblər idi.
İstinadlar
Xarici keçidlər Xəritə (Xorvatiya banovinasının ərazisi ştrixlənmişdir Kateqoriya:Yuqoslaviya krallığının banovinaları Kateqoriya:Xorvatiya tarixi Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:1939-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Yuqoslaviya tarixi