Pörnək oymağı — Türkman elinin böyük qollarından biri.

Tarixi Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi.

Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb.

Mənbə Ənvər Çingizoğlu. Türkman eli. Bakı, "Şuşa", 2011. səh.224. Ənvər Çingizoğlu. Pörnək oymağı. "Soy" dərgisi, № 8 (16) Bakı, 2008.

Həmçinin bax Cənubi Azərbaycan

Kateqoriya:Oymaqlar Kateqoriya:Türkmanlar